"İnnovasiyalarla ayaqlaşa bilmişik" -“AccessBank”ın İcraçı direktoru
"Milli iqtisadiyyata dair Strateji Yol Xəritəsinə əsasən, iqtisadiyyatda şəffaflıq və nağdsız ödənişlərin payı sürətlə artacaq".
Bunu ilə “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda “MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı”nda “AccessBank”ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova deyib.
O bildirib ki, proqnozlara görə, 2025-ci ilədək Azərbaycanda iqtisadi inkişaf sürətlənəcək, hətta ən ucqar yaşayış məntəqələri də "elektron təhsil", "elektron səhiyyə", "elektron kommersiya (ticarət)" kimi xidmətlərlə təmin olunacaq.
"Başqa sözlə, dövlət idarəetməsinin rəqəmsallaşması biznesin aparılması nöqteyi-nəzərdən şəffaflığı və effektivliyi artıracaq. Elektron xidmətlərin genişləndirilməsi Azərbaycanda biznes mühitinin beynəlxalq səviyyəyə qalxmasına zəmin yaradacaq. Bu baxımdan qeyd etmək istərdim ki, dövlət qurumları bu istiqamətdə bir sıra addımlar atıblar. Nağdsız əməliyyatların aparılması sahəsində qanunvericiliyə edilən sonuncu dəyişikliklər bunun bariz nümunəsidir. Belə ki, hüquqi şəxslər və digərləri öz fəaliyyətini bank hesabları üzərindən həyata keçirir. Nağdsız ödənişlərin əsasən onlayn bankçılıq fəaliyyəti ilə bağlı olmasını nəzərə alsaq, biz rəqəmsallaşma üzərində köklənməliyik”, - deyə S.Qurbanova vurğulayıb.
İcraçı direktor əlavə edib ki, banklar müştəri bazasını qorumaq üçün onlayn kanalların keyfiyyətini artırmalıdır. “Müştərilərin maliyyə savadlılığı və tələbləri sürətlə artır ki, bu da bankların daha çevik olmalarını tələb edir”, - deyə bankir vurğulayıb.
S.Qurbanova əlavə edib ki, banklar müştərilər üçün özünəxidmət imkanlarını genişləndirir və bu, vəsaitlərin qənaət olunmasına səbəb olur: “Bu məsələyə bir neçə yanaşma mövcuddur. "McKinsey" şirkətinin təqdim etdiyi rəqəmlərə əsasən, rəqəmsal kanallarla aparılan tranzaksiyaların maya dəyəri ənənəvi bank xidmətərinin maya dəyərindən 20-25% azdır. Hərçənd, vətəndaşların hamısı onlayn servislərə açıq deyil, buna baxmayaraq, nağdsız ödənişlərin rahatlığı və təhlükəsizliyi müştərilərin onlayn bankçılığa keçidini sürətləndirəcək”.
“AccessBank”a gəlincə, icraçı direktorun sözlərinə görə, adıçəkilən bank İT infrastrukturunun inkişafı üçün vaxtında yatırım edib və bunun hesabına bank sektorundakı innovasiyalarla ayaqlaşa bilir: “Hazırda “AccessBank” rəqəmsal bankçılıq sahəsində aparıcı banklardan biridir və müştərilərə müxtəlif innovativ həllər təklif edir. Bu cür həllərdən biri də “myAccess” internet və mobil bankçılıq platformasıdır. Qeyd edim ki, hazırda “myAccess” və filiallarımızı birgə götürsək, tranzaksiyaların 70%-dən çoxu internet üzərindən aparılır. Biz müştərilərimizin vaxtını və rahatlığını yüksək qiymətləndiririk. Bunu nəzərə alaraq, müştərilərə təqdim olunan rəqəmsal xidmətlərin genişləndirilməsi “AccessBank” üçün prioritet olaraq qalacaq”.
Bank rəsmisi vurğulayıb ki, gələcəkdə bank sektorunda rəqəmsallaşma prosesinin sürətləndirilməsi səbəbindən banklar filial şəbəkəsini də genişləndirməyəcək. “Belə ki, onlar coğrafi genişlənməni rəqəmsal kanallar üzərindən həyata keçirəcək. Dünya Bankının statistikasına əsasən, Azərbaycanda internetdən istifadə səviyyəsi 80%-ə yaxındır və bu göstərici ilə ölkəmiz regionun lideridir”, - deyə o qeyd edib.
Qeyd edək ki, konfransda banklar və maliyyə texnologiyaları, elektron ticarətdə müasir ödəniş sistemlərindən istifadə, autentifikasiyanın yeni üsulları, banklarda İT təhlükəsizliyin müasir həlləri mövzusunda müzakirələr aparılacaq.
Xatırladaq ki, İki gün davam edəcək tədbirin bank sponsoru “AccessBank”dır.
© APA
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
48 d. əvvəl
Azərbaycanın nəqliyyat məlumatları “Google Maps” və “Rome2Rio”ya ötürüləcək
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
-
8 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
9 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
9 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
9 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm obyektləri 5 xarici dildə “danışacaq”
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır











.jpg)













