Neft, Macronun yeni açıqlaması ilə bahalaşıb
Fransa Prezidenti Emmanuel Macron, ABŞ-a yeni İran müqaviləsi təklifindən bir gün sonra verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən çıxacağı proqnozunu verib. Macron-un bu açıqlaması ilə neft qiymətləri yenidən yüksəlməyə başlayıb.
Macron bildirib ki, müqavilədə yer alan digər beş ölkə ABŞ-ın çıxmasını dəstəkləmir. Onun sözlərinə görə, ABŞ-ın müqavilədən çıxması ilə gərginlik və qeyri-müəyyənlik artacaqdır. OPEC-in üzvü olan İran, müqavilədən sonra götürülən sanksiyaların ardından gündə təxminən daha 1 milyon barrel neft istehsal edir.
Fransa Prezidenti Emmanuel Macron ABŞ-a İranla nüvə müqaviləsi məsələsində yeni bir müzakirə təklif etmişdi. Yeni müzakirələr olarsa və müsbət nəticələnərsə İrana sanksiyalar tətbiq edilməyəcəkdir. Belə vəziyyətdə OPEC-in aparıcı üzvlərindən biri olan İranın neft təklifi azalmayacaqdır. Bu narahatlığın azalması ilə neft qiymətləri ötən gün düşmüşdü. Görünən budur ki, ABŞ Fransanın təklifini qəbul etmir.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşları bazarı tarazlığa gətirmək və qiymətləri dəstəkləmək üçün istehsallarını azaldırlar. Bu müqavilənin köməyi ilə də neft qiymətləri yüksəlib. Ancaq hazırda ABŞ-da rekord səviyyəyə çıxan xam neft hasilatı qlobal neft təklifi çoxluğunu aradan qaldırılmasına yönəlmiş səylərə mənfi təsir göstərə bilər. ABŞ-da açıqlanan rəsmi məlumatlara görə, xam neft ehtiyatları ötən həftə gözlənilməz bir şəkildə artıb.
Analitiklər bildirirlər ki, 12 Maydakı son tarix yaxınlaşdıqca, nüvə müqaviləsinə dair qeyri-müəyyənlik neft qiymətlərini dəstəkləyir. ABŞ-ın neft ehtiyatlarındakı gözlənilməz artıma baxmayaraq, investorlar ABŞ-ın İran müqaviləsinə dair qərarı məsələsində daha çox narahatlıq keçirir
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 38 sent yüksələrək bareli 68.43 dollara, Brent nefti 41 sent və ya 0.6 faiz yüksələrək bareli 74.41 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 9 d. əvvəl
-
31 d. əvvəl
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya ordusu Ukraynada sərnişin avtobusuna zərbə endirib, 30 nəfər ölüb
-
2 saat əvvəl
Azərbaycan və Türkmənistan tranzit və logistika əməkdaşlığını genişləndirəcək
-
3 saat əvvəl
Çindən Azərbaycana gələn blok-qatarların sayı 40% artıb – 416 qatara çatıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®
Azərbaycanda “Stop-Kredit” istifadəyə verilib
Ən çox oxunanlar
"Fitch Solutions": Gələn il Azərbaycanda iqtisadi artım 3%-ə çatacaq
Oktyabrın 9-da gözlənilən hava şəraiti























