Porsche yeni Macan-ı təqdim etdi
Porsche şirkəti Şanxayda yeni Macan-ı təqdim edib.
2014-cü ildə işıq üzü görmüş və tez bir zamanda uğur qazanmış bu kompakt krossover dizayn, komfort, şəbəkə imkanları və dinamika baxımdan əsaslı surətdə yenilənib. Bu, Macan-a öz seqmentdə ən idmansayağı avtomobil kimi qalmağa imkan verir.
Yeni Macan-ın fərqləndirici xüsusiyyəti – arxa fənərlər arasında Porsche stilistikasına uyğun çəkilmiş üçölçülü LED zolaqdır. LED tipli işıqlar gələcəkdə ön faralarda da artıq seriya təchizatı kimi istifadə olunacaq. Salonda gözə çarpan dəyişikliklər: Porsche Communication Management (PCM) yeni kommunikasiya sisteminin 11 düymlük sensorlu displeyi, deflektorların yerinin dəyişməsi və yeni dizaynı və 911-dən tanınan idmansayağı GT sükan çarxı. Standart təchizatda PCM sistemi intellektual səslə idarəetmə və onlayn naviqasiya kimi yeni rəqəmsal funksiyaların idarə olunmasını təmin edir. Rahatlıq elementləri siyahısına indi həmçinin tıxaclarda hərəkət assitenti, havanın ionlaşdırıcısı və ön şüşənin isidicisi daxildir.
Standart təchizatda LED faralar və arxa fənərləri birləşdirən yeni işıqlı zolaq
Eksteryerdəki məqsədyönlü dəyişikliklər sayəsində yeni Macan daha idmansayağı və müasir görünüşə sahib olub. Bir çox detallarda idman avtomobillərinin etalonu olan Porsche 911 və 918 Spyder modellərinin genini seyr etmək mümkündür. Əsas rolu işıqlar oynayır: yeni Macan artıq standart təchizatda LED faralarla təchiz olunur. İstədikdə, üçölçülü modullara malik yüksək keyfiyyətli ön işıqlandırma sistemini Porsche Dynamic Light System Plus (PDLS Plus) dinamik işıqlandırma opsiyası ilə tamamlamaq mümkündür. Bu sistem işıqlandırmanı hərəkət şıraitinə uyğun dəyişmək imkanına malikdir. Macan kuzovunun ön hissəsi yenidən işlənib və indi daha enli görünür. Əvvəlki modelin lakonik dizaynına əsaslanaraq kuzovun arxa hissəsi tam yenilənmişdir. Buraya Porsche-nin yeni dizayn elementi olan arxa fənərləri birləşdirən üç hissəyə bölünmüş üçolçülü LED işıqlı zolaq əlavə olunub. Modelin Porsche-yə mənsub olduğunu dörd nöqtəli əyləc işıqları vurğulayır.
Yeni opsiyalar: idmansayağı GT sükan çarxı, hava ionlaşdırıcısı və tıxacda hərəkət assistenti
Yeni Macan-ın salonundakı opsional idmansayağı GT sükan çarxı bu modeli 911-lə bağlayan halqa rolunu oynayır. Bundan savayı, indi Macan-da da opsional Sport Chrono paketinin bir hissəsi kimi sükan çarxına inteqrasiya edilmiş və Sport Response düyməsinə malik hərəkət rejimlərinin dəyişdiricisi mövcuddur. Porsche şirkəti komfort opsiyaları siyahısını genişləndirərək, ora ön şüşənin isidicisini və salondakı havanın keyfiyyətini yaxşılaşdıran ionlaşdırıcı əlavə etmişdir. Miami Blue, Mamba Green Metallic, Dolomite Silver Metallic və Crayon kimi yeni kuzov rəngləri və interyer tərtibatında yeni komponentlərin sayəsində indi müştəri öz fərdi istəklərinə uyğun Macan-ını tərtib etmək üçün daha çox imkanlar əldə etmiş olur.
Macan-ın yenilənməsi ilə yanaşı, Porsche sürücüyə yardım sistemləri çeşidini də genişləndirir. Belə ki, yeni tıxacda hərəkət assistenti adaptiv kruiz-kontrola nəzarət etməklə saatda 60 kilometrədək olan sürət diapazonunda daha rahat və güvənli idarəetməni təmin edir. Sistem, yarı avtomatik rejimdə avtomobili əyləmək və sürətləndirməklə yanaşı, həm də tıxacda və ya yavaş hərəkət edən nəqliyyat axınında sükanla lazımı hərəkətləri edə bilir.
11 düymlük sensorlu displey və tam şəbəkə inteqrasiyası
Yeni Porsche Communication Management (PCM) kommunikasiya sistemi sayəsində indi Macan daha geniş şəbəkə imkanları və çoxsaylı rəqəmsal funksiyalar təklif edir. Porsche üçün tipik olan mailli mərkəzi konsolun yuxarısında yerləşmiş və böyüdülmüş ölçülərə (7 düymdən 11 düymədək) malik Full-HD formatlı sensorlu displey ön panelin yeni dizaynını uğurla tamamlayıb. Panamera və Cayenne-də olduğu kimi, məlumat-əyləncə sisteminin istifadəçi interfeysini öncədən tərtib olunmuş bloklar vasitəsilə fərdi şəkildə tərtib etmək mümkündür. İqlimə nəzarət sisteminin deflektorları da yüni üslubda tərtib olunaraq indi mərkəzi displeyin altında yerləşdiriliblər.
Macan-ın bütüm modelləri standart təchizatda tam şəbəkə inteqrasiyasını təmin edə biləcək Connect Plus modulu ilə təchiz olunur. Nəticədə istifadəçi Voice Pilot intellektual səslə idarəetmə və ya standart onlayn naviqasiyanın bir hissəsi olan yollardakı vəziyyət barədə canlı məlumatlandırma sistemləri kimi rəqəmsal funksiyalar və servislərdən yararlanmaq imkanı əldə edir. Burada mərkəzi elementlərdən biri kimi trafik barədə digər avtomobillərdən daxil olan ən aktual məlumatlara malik Here Cloud bulud platformasına bağlantı çıxış edir. Yeni Offroad Precision tətbiqetməsi istifadəçiyə yolsuzluq şəraitində Macan-ın istismar təcrübəsini yadda saxlayıb, onu analiz etmək imkanını verir.
Yeni disklər və təkərlərə malik optimallaşdırılmış şassi
Kompakt SUV seqmentində ən idmansayağı avtomobil statusunu yeni Macan optimallaşdırılmış şassi sayəsində möhkəmlədir. Dəqiq tənzimlənmə daha yüksək komfort və hərəkət istiqamətinin sabitliyini qoruyub saxlamaqla yanaşı mükəmməl hərəkət xüsusiyyətlərini təmin edir. Macan yenə də SUV seqmenti üçün qeyri-adi olan fərqli ölçülü ön və arxa təkərlərlə çıxış edir. Porsche-nin idman avtomobillərində olduğu kimi bu, hərəkət dinamikasında Porsche Traction Management (PTM) intellektual tam ötürmə sisteminin bütün üstünlüklərini optimal şəkildə təmin edir. Təkmilləşdirilmiş istismar xüsusiyyətlərinə malik yeni şinlər idarəetmədən alınan zövqü daha yüksək səviyyəyə qaldırır. Yeni 20 və 21 düymlük disklər isə fərdiləşdirmə imkanlarını genişləndirir.
2014-cü ildən 350 000 ədəddən çox yayılan uğurlu Macan modeli
Macan sözün əsl mənasında uğur hekayəsidir. İstənilən yol səthində Porsche üçün ənənəvi olan dinamikanın gündəlik istismarda yüksək praktikliklə vəhdəti müştəriləri qısa müddətdə təsirləndirdi: 2014-cü ildən Porsche şirkəti onları 350 000-dən artıq Macan-la təmin etdi. Model xüsusən də premyerası baş tutmuş Çin bazarında çox populyardır (müştərilərə 100 000-dən artıq maşın çatdırılıb). Şanxayda göstərilən model yalnız Çin bazarında təklif olunacaq. Digər modellər və bazarlar ilə bağlı məlumat il ərzində gözlənilir.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
6 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
6 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
6 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
6 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)













