Azərbaycanda pivə istehsalçısı "dirilib" - "AZALMA DAYANIB, ARTIMA QAYITMIŞIQ"
“2018-ci ilin birinci yarısı ötən il ərzində iki illik azalmanı dayanıb, artıma qayıdan “Carlsberg Azerbaijan” biznesi üçün uğurlu olub”.
“Marja” xəbər verir ki, bu barədə pivə istehsalçısı “Carlsberg Azerbaijan”ın yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, hazırda şirkət ölkənin pivə bazarında müşahidə olunan müsbət trendin dalğasında həcmləri artırmağa davam etdirir.
2018-ci ilin birinci yarim ilində şirkətin satış həcmi ötən illə müqayisədə 23% artmışdır və bu ölkədə pivə bazarının inkişafı, eyni zamanda böhran və post-böhran dövrlərində şirkət rəhbərliyinin qəti tədbirlər almasından irəli gəlir.
Bundan əlavə ötən dövr ərzində Carlsberg Azerbaijan Gürcüstana və Qazaxıstana məhsullarının ixracını başlamışdır.
“2016-2017-ci illərdə portfelin tərkibinə daxil olan "Carlsberg", "Kronenbourg Blanc 1664", "Holsten", "Seth" və "Riley's Garage Hard Lemon" kimi idxal çeşidləri yerli bazarda möhkəmləndilər və bu "Carlsberg Azerbaijan" şirkətini "Carlsberg Group"un qlobal portfelindən yeni sortları test etməyi davam etdirməyə motivasiya etdi. 2018-ci ildə Azərbaycan istehlakçısına alkoqolsuz pivənin yeni Baltika 0 Fitrasiya olunmamış Buğda növü, Karmi Sensual albalı sortu və Somersby alma sidri təklif olunub.
2018-ci ildə şirkət dayanıqlı inkişaf sahəsində “Birlikdə SIFIRA Doğru” (Together Towards Zero) proqramının həyata keçirilməsi davam etmişdir və onun çərçivəsində Carlsberg Group müəssisələri qarşısında məqsəd göstəriciləri bunlardır: SIFIR karbon izi, SIFIR su itkisi və SIFIR məsuliyyətsiz istehlak və SIFIR bədbəxt hadisə.
Ondan əlavə Carlsberg Azerbaijan tərəfindən 2018-ci ilin birinci yarısında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə istehsalat həcmi artmasına baxmayaraq, elektrik enerjisinin istehlakı 3%, suyun istehlakı 1%, qazın istehlakı isə 10% azaldılıb”.
"Carlsberg Azerbaijan" şirkətinin Baş direktoru Vyaçeslav Maltsev deyib:
“Çox sevindirici haldır ki, bizim şirkətin bir tərəfdən Azərbaycan istehlakçısının istəklərinin öyrənilməsinə, digər tərəfdən isə ölkədə transparent və sosial-məsuliyyətli biznesin qurulmasına yönələn reabilitasiya üzrə səyləri öz bəhrəsini verir. Vergi ödəmələrinin artımı, zavodun inkişafına qoyulan investisiyalar və iş yerlərinin artması Azərbaycan iqtisadiyyatının inkişafına müsbət töhfə verir. Hazırda bizim əsas gözləntimiz - proqnozlaşdırıla bilən qanunvericilik bazasının mövcud olmasıdır ki, bu da sənayedə planlaşdırılmış dəyişikliklər üçün vaxtında hazırlaşmağımıza imkan yaradacaq. Biz kölgə bazarına qarşı mübarizə aparan dövlət layihələrini dəstəkləyirik və bu istiqamətdə Dövlət orqanları ilə sıx əməkdaşlığa hazırıq”.
Carlsberg Groupun Şərqi Avropa regionunda nəticələri
"Carlsberg Group"un Şərqi Avropa regionunda yerləşən bütün bazarları birinci yarım ildə artım göstərib. Ümumi satış həcmi 3,4%, ümumi gəlir 9,1%, əməliyyat mənfəəti isə 17% artıb.
"Carlsberg Group" üzrə də nəticələr kifayət qədər uğurlu olub: satış həcmi 3,4%, ümumi gəlir 5,1%, əməliyyat mənfəəti isə 14,2% artmışdır.
"Carlsberg Azerbaijan" pivə zavodu Azərbaycan paytaxtından 10 kilometr məsafədə Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribütorlar, agentliklər, podratçılar). "Carlsberg Azerbaijan"ın büdcədə illik ayırmaları təxminən 15 milyon manat təşkil edir, şirkət Vergilər Nazirliyinin vergi tərəfdaş statusuna malikdir. Zavodun inkişafında investisiyaların ümumi həcmi 50 milyon manat təşkil edir. Şirkət portfelinə "Xirdalan", "Tuborg", "Балтика 7", "Балтика 0", "Балтика 9", "Baltika 4", "Балтика КУЛЕР", "Efsane", "Жигулевское Фирменное", "Carlsberg", "Holsten", "Kronenbourg Blanc", "Seth and Riley's Garage Hard Lemon", "Somersby", "Karmi Sensual" kimi məşhur brendlər daxildir.
"Carlsberg Group" 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı, Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində "Carlsberg Group"un fabrikləri var və onun məhsulları 150 ölkədə mövcuddur. Şirkət portfelinə 140-dan çox pivə markaları daxildir. Group işçilərin ümumi sayı 42,000-dən çoxdur.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
6 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
6 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
6 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
6 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)













