Fermerlər narahatdırlar - SATILMIR, ANBARLARA YIĞILACAQ
"Şimal zonasının alma bağlarında yığım yavaş-yavaş başlayır. Aqrotəqvimə görə, kütləvi yığım sentyabrın ikinci ongünlüyündə vüsət götürəcək, builki təsərrüfat mövsümündə ölkə üzrə 270 min tondan çox məhsul tədarükü gözlənilir".
"Marja" xəbər veri ki, bunu Facebook səıhifəsində "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Nəsirli yazıb.
O qeyd edib ki, bölgə fermerlərində bu qədər məhsulun daxili və xarici bazarlarda realizə olunması baxımından bəzi narahatlıqlar var:
1. Əsas xarici bazarımız olan Rusiyada maliyyə sabitliyi pozulub, Türkiyədən sonra bu ölkədə də dollar rubla nisbətdə kəskin bahalaşıb. Belə olan halda məhsulu ucuz rubla satıb xeyir əldə etmək mümkün olmayacaq. Elə indidən bir çox istehsalçılar Rusiyaya məhsul aparmağa tərəddüd edirlər. İri istehsalçılar məhsulu anbarlara yığıb bir müddət gözləməli olacaqlar ki, Rusiyadakı istehlakçılar yeni qiymət dəyişmələrinə inteqrasiya etsinlər. Saxlama imkanı olmayan kiçik fermerlər isə məhsulu dəyər-dəyməzinə satmalı olacaqlar. Bu qədər məhsulun kütləvi şəkildə daxili bazara girişi ucuzlaşmaya səbəb ola bilər.
2. Bu ilki iqlim şərtləri meyvə bağlarında keyfiyyətə ciddi təsir göstərib. Xüsusən, əsas alma istehsalçısı olan Qubada kiçik təsərrüfatların əksəriyyətində mövsüm ərzində bağlara dəfələrlə dərman səpilməsinə baxmayaraq dəmgil xəstəliyi məhsulların əmtəə görünüşünə öz zərbəsini vurub. İndidən demək olar ki, kiçik təsərrüfatlardakı almanın böyük əksəriyyəti emala getməlidir. Bağlardan xəstəliyin geniş yayılmasının digər səbəbləri dərmanların keyfiyyətsiz olması, bəzi fermerlərin kimyəvi dərmanlama işləri aparmamasıdır.
İri istehsalçılar üçün 1-2 bir aylıq gözləmə dövrü olacaq: hazırda Rusiyanın cənub bölgələrində istehsal potensialı güclüdür, təxminən bir aydan sonra bu ölkədə yay mövsümü başa çatanda bazarlarda ciddi boşluq yarana bilər. O zaman rusiyalı istehlakçı bizim almamızı yeni qiymətlərlə qəbul etmək məcburiyyətində qalacaq.
Xırda istehsalçılların iqtisadi müdafiəsini isə xalq olaraq üzərimizə götürməliyik: hər bir fərd gündəlik alma istehlakını artırmalı, aidiyyatı dövlət qurumları isə emal müəssisələri ilə sıx əməkdaşlıq mühiti yaradaraq keyfiyyət göstəriciləri aşağı olan məhsulların emala cəlb olunmasına çalışmalıdır.
Beləliklə, sentyabrın başlaması ilə yeni təsərrüfat mövsümü başlayır, şübhə etmirəm ki, almaçı fermerlərimizə əl uzatmağa gücümüz çatacaq!
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 28 d. əvvəl
- 34 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycanla Böyük Britaniya arasında Anlaşma - Birgə İşçi Qrupu yaradılacaq
-
1 saat əvvəl
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
1 saat əvvəl
DeepSeek maliyyələşmə raundunu 15 milyard dollara qədər artırmağı nəzərdən keçirir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
-
2 saat əvvəl
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















