SOCAR-ın neft və qaz hasilatnın maya dəyəri açıqlanıb
2017-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1 ton neftin istehsal maya dəyəri 111,42 manat, 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri isə 62,19 manat təşkil edib.
Bu barədə şirkətin 2017-ci il üzrə illik hesabatında qeyd edilib.
Neft hasilatının maya dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,61 manat və ya 13,9%, qaz hasilatının isə 15,42 manat və ya 33% artıb.
Bildirilib ki, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1%, əmək haqqı xərcləri 14,5%, sosial sığorta fonduna ayırmalar 2,9%, amortizasiya ayırmaları 17,2%, təmir xərcləri 6,9%, əsas vəsaitlərə texniki xidmət 12,1%, nəqliyyat xərcləri 16,4%, mədən vergisi 8,9% və s. təşkil edir.
Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,8%, əmək haqqı xərcləri 8,4%, sosial sığorta fonduna ayırmalar 1,7%, amortizasiya ayırmaları 26,0%, təmir xərcləri 5,9%, əsas vəsaitlərə texniki xidmət 10,5%, nəqliyyat xərcləri 15,7%, mədən vergisi 17,4% və s. təşkil edir.
Şirkət üzrə 1000 kubmetr əmtəəlik qazın maya dəyəri 2016-cı illə müqayisədə 15,42 manat (33%) artıb. Bildirilib ki, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə Əməliyyat Şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2017-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 163,7 manat təşkil edib.
Hesabatda qeyd edilib ki, neftin maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, yanacaq xərclərinin, elektrik enerjisinin, əmək haqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin artması hesabına baş verib. Belə ki, material xərcləri 785 min manat (3,4%), elektrik enerjisi 2 310 min manat (27,2%), yanacaq xərcləri 142 min manat (16,6%), əmək haqqı xərcləri 3433 min manat (3,2%), sosial sığorta xərcləri 551 min manat (2,5%), əsas vəsaitlərin amortizasiyası 10 083 min manat (8,3%), əsaslı təmir və texniki xidmət xərcləri 64 188 min manat (78,6%), nəqliyyat xərcləri 7 708 min manat (6,5%), digər vergilər 2 953 min manat (8,1%) artıb. Bildirilib ki, qazın maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, əmək haqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər vergilər, digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib.
Belə ki, material xərcləri 580 min manat (7,1%), əmək haqqı xərcləri 1116 min manat (4,4%), sosial sığorta xərcləri 193 min manat (3,8%), əsas vəsaitlərin amortizasiyası 6 287 min manat (8,3%), əsaslı təmir və texniki xidmət xərcləri 23 806 min manat (85,1%), nəqliyyat xərcləri 5 373 min manat (12,1%), mədən vergisi 20637 min manat (60,4%), digər vergilər üzrə 954 min manat (9,0%), digər xidmətlər üzrə xərclər 1142 min manat (10,3%) artıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
10 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
11 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ

















.jpg)








