Azərbaycana idxalı artan və azalan mallar açıqlandı
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 166 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 2 milyard 275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 412,2 milyon dollar, idxalın dəyəri 6 milyard 863,5 milyon dollar təşkil etmiş, nəticədə 6 milyard 548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8 faiz, o cümlədən ixrac 37,7 faiz, idxal 29,5 faiz artmışdır. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən ixrac 1,0 faiz artmış, idxal isə 1,2 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7 faizini İtaliyaya, 8,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,3 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini Çexiyaya, 3,6 faizini İndoneziyaya, 3,3 faizini Kanadaya, 3,2 faizini Rusiyaya, 3,1 faizini Portuqaliyaya, 3,0 faizini Fransaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini İspaniyaya, qalan 18,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 10,5 faizi Çin, 6,3 faizi Almaniya, 5,2 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,2 faizi İtaliya, 2,8 faizi Yaponiya, 2,6 faizi İran, 2,4 faizi Cənubi Afrika Respublikası, 2,3 faizi Birləşmiş Krallıq, 2,2 faizi İsveçrə, 28,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ilin yanvar-avqust aylarında 1 milyard 93,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 13,5 faiz, real ifadədə isə 4,0 faiz çoxdur.
2018-ci ilin yanvar-avqust aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 37,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, kartof – 15,5 faiz, bitki yağları – 1,2 faiz, meyvə və tərəvəz konservləri – 14,9 faiz, polietilen – 16,8 faiz, emal olunmamış alüminium – 18,3 faiz, pambıq lifi – 2,1 dəfə, qara metallardan borular – 8,4 faiz, pambıq ipliyi – 25,7 faiz artmış, təzə tərəvəz ixracı isə 3,3 faiz, şəkər – 39,4 faiz, tütün – 23,3 faiz, meyvə və tərəvəz şirələri – 13,0 faiz, çay – 22,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 16,9 faiz, qara metallardan yarımfabrikatlar – 69,7 faiz, bentonit gili – 4,5 faiz azalmışdır.
2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2018-ci ilin yanvar-avqust aylarında buğda idxalı 20,4 faiz, bitki yağları – 5,0 faiz, təzə meyvə – 50,2 faiz, çay – 9,0 faiz, quş əti və onun əlavə məhsulları – 16,4 faiz, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,6 dəfə, qara metallardan çubuqlar – 32,0 faiz, mineral gübrələr – 57,2 faiz, mebellər – 22,5 faiz, hesablama maşınları, blok və qurğuları – 6,5 faiz, polietilen – 34,2 faiz, məişət kondisionerləri – 27,0 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 20,9 faiz, sement və sement klinkerləri – 64,8 faiz, məişət soyuducuları – 2,1 dəfə artmış, siqaret idxalı isə 1,6 faiz, xam şəkər və şəkər – 36,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 22,0 faiz, kartof – 18,4 faiz, mal əti – 21,7 faiz, təzə tərəvəz – 47,1 faiz, polad prokatı – 3,2 faiz, qara metallardan künclüklər – 5,4 faiz, avtobuslar – 25,4 faiz azalmışdır.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
10 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
10 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib



















