Maliyyə Nazirliyi büdcənin icrasına dair məlumat yaydı - 423,7 MİLYON ARTIQLIQ
2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16 milyard 89,7 milyon manat, xərcləri 15 milyard 666 milyon manat olmuş, 423,7 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır. Bu barədə Maliyyə Nazirliyinin 2018-ciilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında bildirilir.
Gəlirlər
2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 15 milyard 887,5 milyon manat proqnoza qarşı 16 milyard 89,7 milyon manat və ya 1,3 faiz çox icra olmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 44,6 milyon manat və ya 33,6 faiz çoxdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5 milyard 305,7 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80,9 manat və ya 1,5 faiz çoxdur.
Həmin vəsaitin 65,8 faizi və ya 3 milyard 491,2 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 108,3 faiz əməl edərək dövlət büdcəsinə 2 milyard 600,4 milyon manat vəsait təmin etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 648,8 milyon manat və ya 33,2 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 321,5 milyon manat təşkil etmişdir ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 74,8 milyon manat və 30,3 faiz çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 74,1 milyon manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 milyard 788 milyon manat vəsait transfert edilmişdir.
2018-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 6 milyard 274,4 milyon manat vəsait daxil olmuşdur.
Xərclər
2018-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,0 faiz və ya 15 milyard 666 milyon manat icra olunmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 882,3 milyon manat və ya 22,5 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 34,5 faizi və ya 5 milyard 410,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 545,1 milyon manat və ya 11,2 faiz çoxdur.
2018-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 7 milyard 708,8 milyon manatı və ya 49,2 faizi cari xərclərə, 6 milyard 235,4 milyon manatı və ya 39,8 faizi əsaslı xərclərə, 1 milyard 721,8 milyon manatı və ya 11,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 686,2 milyon manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2 milyard 799,5 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 80 milyon manat vəsait yönəldilmişdir.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6 milyard 141,7 milyon manat icra olunmuşdur.
İcmal büdcə
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23 milyard 859,6 milyon manat, icmal büdcənin xərcləri isə 17 milyard 979,9 milyon manat icra olunmuşdur. İcmal büdcənin artıqlığı 5 milyard 879,7 milyon manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
54 d. əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
58 d. əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
-
2 saat əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
Ən çox oxunanlar
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir



























