Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir

Azərbaycanda pensiyalara 8,7 milyard manata yaxın vəsait ayrılacaq. Azərbaycanda orta aylıq pensiya 639 manata çatacaq – Yeni proqnoz. Yaşa görə orta pensiya 680 manat olacaq – 2027-ci ilin rəqəmləri.
AzVak-mobil_resmin_ustu_31
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır -  Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident cənab İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər növbəti ildə də davam etdiriləcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2027-cı il üçün büdcə layihələri barədə məlumat verərkən bildirib.

Nazir vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının 8-ci Qurultayında dövlətimizin başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, əməkhaqqı və sosial ödənişlərin artırılması məqsədilə növbəti – 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb.

Anar Əliyev 2027-ci ildə də dövlət və icmal büdcələrin sosial yönümlüyünü saxlayacağını qeyd edib. O bildirib ki, 2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin 1,6 milyard manat və ya 9,2 faiz çox olmaqla 18,7 milyard manat təşkil etməsi nəzərdə tutulur. Bu xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin 44,2 faizə yüksələcəyi gözlənilir. Gələn ilin dövlət büdcəsində sosial xərclərin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin isə 4 milyard 914 milyon manat həcmində olması proqnozlaşdırılır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Nazir 2027-ci il üzrə dövlət büdcəsi layihəsində müavinət, təqaüd və kompensasiyalar istiqaməti üzrə ümumilikdə 2 milyard 200 milyon manat vəsaitin proqnozlaşdırıldığını deyib. O bildirib ki, növbəti il ərzində aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn ilki gəlir və xərcləri barədə məlumat verən Anar Əliyev diqqətə çatdırıb ki, DSMF-nin 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulur. Bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çoxdur. Fondun gələn ilki ümumi xərclərinin isə 9 milyard 273 milyon manat olması proqnozlaşdırılır. Bu da DSMF-nin 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3 faiz çoxdur.

Gələn il Fondun xərclərinin 96,5 faizinin və ya 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərin payına düşəcəyini qeyd edən nazir bu göstəricinin 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çox olduğunu vurğulayıb.

O bildirib ki, 2027-ci ildə DSMF-nin xərclərinin 8 milyard 669 milyon manatının pensiyaların, 280,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşəcəyi proqnoz edilir. Növbəti ildə  pensiyaların orta aylıq məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əməkhaqqına nisbətdə isə 50 faiz, yaşa görə pensiyanın orta aylıq əməkhaqqına nisbətdə isə 53 faiz olması proqnozlaşdırılır.

Anar Əliyev 2027-ci ildə İşsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasının gözlənildiyini deyib. Nazir bildirib ki, onlardan 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır.

Növbəti il ərzində Nazirlik tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları da davam etdiriləcək. Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində 600 mənzilin alınması üçün 40 milyon manat, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün isə 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur.

 

6-cı sosial islahat paketi maaş artımı 2027 sosial ödənişlərin artırılması pensiya artımı 2027 Azərbaycanda orta pensiya 639 manat pensiya 680 manat yaşa görə pensiya DSMF büdcəsi 2027 Dövlət Sosial Müdafiə Fondu Anar Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xərclər ünvanlı sosial yardım müavinətlər təqaüdlər işsizlikdən sığorta fondu özünüməşğulluq proqramı məşğulluq tədbirləri 2027 şəhid ailələrinə mənzil müharibə əlillərinə mənzil dövlət büdcəsi 2027.
05.11.2026 15:26
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19