BMW 1 milyondan çox avtomobili geri çağırır
Almaniyanın avtomobil şirkəti BMW, 1 milyondan artıq avtomobili "tullantı qazları sistemində yanğın çıxara biləcək bir riskə görə" geri çağırır.
"Marja" xəbər verir ki, BMW tərəfindən verilən açıqlamada, bəzi dizel avtomobillərin könüllü olaraq geri çağırıldığı qeyd edilib.
BMW bu ilin avqust ayında Cənubi Koreyada, tullantı qazlarını idarə edən modulda texniki səhvin 30 maşında yanğına səbəb olmasına görə üzr istəmiş, Avropa və bəzi Asiya ölkələrində 480 min avtomobilini geri çağırmışdı. Son geri çağırma ilə birlikdə dünya miqyasında cəmi geri çağırılan avtomobil sayı 1,6 milyon avtomobilə çıxacaq.
Şirkət, avtomobillərin modulunu yoxlayacaq və hər hansı bir qüsur varsa hissələri pulsuz olaraq dəyişəcəkdir.
Geri çağırılan avtomobillərin 2010-cu il ilə 2017-ci illər arasında istehsal edilmiş 4 və 6 silindrli fərqli modellərdən olduğu bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
4 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
4 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
5 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
7 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























