“Muğan Bank” 9 ayı mənfəətlə başa vurub
“Muğan Bank” ASC 2018-ci ilin 9 ayını 650 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, cari ilin 6 ayını 2 milyon 774 min manat xalis zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ BAĞLAYIR
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında “Muğan Bank”ın cəmi gəlirləri 43 milyon 69 min manat (30 milyon 185 min manatı faiz, 12 milyon 884 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri isə 42 milyon 419 min manat təşkil edib. Cəmi xərclərin 18 milyon 786 min manatını faiz xərcləri, 4 milyon 297 min manatını ehtiyatlara ayırma, 1 milyon 794 min manatını komission və qeyri faiz xərcləri, 10 milyon 642 min manatını işçı heyətini saxlanılması xərcləri, 6 milyon 900 min manatını ümumi administrativ və sair əməliyyat xərcləri təşkil edib.
Cəmi xərclər cəmi gəlirlərdən çıxıldıqdan sonra Bank 650 min manat xalis mənfəət əldə edib. Müqayisə üçün qeyd edək ki, “Muğan Bank” ASC 2017-ci ilin 9 ayını 4 milyon 627 min manat zərər ilə başa vurmuşdu.
"Muğan Bank"ın mənfəətə çıxmasının səbəbləri komission və qeyri faiz gəlirlərinin təxminən 2 dəfə artması, xarici valyuta əməliyyatları üzrə 2 dəfə çox, qiymətli kağızlar üzrə 1 milyon manat faiz gəlirləri əldə etməsi, eyni zamanda, ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyatlara ayırmanın (xərc) 4 dəfəyə yaxın azalmasıdır. Ötən ilin 9 ayında 5 milyon 691 min manat təşkil etmiş komission və qeyri faiz gəlirləri cari ilin eyni dövründə 10 milyon 974 min manata yüksəlib.
9 ay ərzində “MuğanBank” gəlirlərinin 4 milyon 297 min manatını kreditlər üzrə ehtiyyatların yaradılmasına ayırıb.“MuğanBank” ötən ilin eyni dövründə gəlirlərinin 16 milyon 466 min manatını kreditlər üzrə ehtiyyatların yaradılması üçün ayırmışdı. Ayırmanın azalması Bankda problemli kreditlərin artmasının səngidiyinə işarədir.
BANK BÖYÜYÜB
30 Sentyabr 2018-ci il tarixində "Muğan Bank" 560 milyon 494 min manat cəmi aktivlərə, 491 milyon 485 min manat cəmi öhdəliklərə və 69 milyon 9 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2017-ci il tarixində "Muğan Bank" 480 milyon 177 min manat cəmi aktivlərə, 411 milyon 160 min manat cəmi öhdəliklərə və 69 milyon 17 min manat cəmi balans kapitalına malik idi.
Bankı müştərilərə verdiyi kreditlər ötən ilin sonundakı 349 milyon 71 min manatdan 30 Sentyabr 2018-ci il tarixində 376 milyon 319 min manata yüksəlib (7,8% artım).
DEPOZİTLƏR ARTIB
"Muğan Bank"da ötən ilin sonu ilə müqayisədə müştəri hesabları 100 milyon 517 min manata artaraq 302 milyon 271 min manata çatıb. Banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər isə 20 milyon 660 min manat azalaraq 182 milyon 207 min manata düşüb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2018-ci il tarixində "Muğan Bank" 71 milyon 711 min manat məcmu kapitala malik olub. Bu da minimal tələbdən (50 milyon manat) yüksəkdir. Bank 2017-ci ilin sonunda 70 milyon 316 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
31 d. əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
35 d. əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 37 d. əvvəl
-
38 d. əvvəl
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
- 49 d. əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
-
1 saat əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
Ən çox oxunanlar
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir


























