Ötən il 10 min ədədə çatmamışdı, bu il 22 min ədədi keçib
Bir ayda Azərbaycana 3400 ədəd yaxın avtomobil idxal olunub
2018-ci ilin yanvar-noyabr ayları ərzində (11 ayda) Azərbaycana ümumilikdə 22 min 714 ədəd avtomobil (nəqliyyat vasitəsi) idxal olunub.
"Marja" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2,3 dəfə artıb. Ötən ilin 11 ayında ölkəmizə 9 min 828 ədəd avtomobil idxal olunmuşdu.
Noyabrda cəmi avtomobil idxalı 3 min 378 ədəd, o cümlədən minik avtomobili idxalı 3 min 84 ədəd təşkil edib.
Cari ilin 11 ayı ərzində ölkəyə gətirilmiş avtomobillərin 235 ədədini avtobuslar, 20 min 429 ədədini minik avtomobilləri, 1 938 ədədini yük avtomobilləri, 112 ədədini isə xüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Avtomobillərin idxalı haqqında məlumat
Malın adı | 2017-ci ilin 11 ayı Miqdarı (ədəd) | 2018-ci ilin 11 ayı Miqdarı (ədəd) |
Cəmi idxal olunmuşdur o cümlədən: | 9 828 | 22 714 |
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri | 169 | 235 |
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri | 8 577 | 20 429 |
Yük daşımaq üçün motorlu nəqliyyat vasitələri | 1 014 | 1 938 |
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri | 68 | 112 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
7 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
7 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
7 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
10 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib




























