Beynəlxalq Bank yaranma gününü qeyd edir
(®) Cənubi Qafqaz regionunun aparıcı maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı bu gün – yanvarın 10-da fəaliyyətə başlamasının növbəti ildönümünü qeyd edir.
Yeni inkişaf mərhələsində öz strateji hədəflərinə doğru irəliləyən bank 2018-ci ili uğurlu nəticələrlə başa vurub və aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qoruyub.
31 dekabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 7.9 milyard manat təşkil edib. İl ərzində gəlirliliyin artırılması, xərclərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər bankın kapital mövqeyini daha da gücləndirib. Belə ki, Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2018-ci ildə artaraq 982 milyon manata çatıb. Kapital adekvatlığı isə 17%-dən 32%-ə yüksəlib.
Bankın bazar mövqelərinin daha da möhkəmləndirilməsi, xidmət və məhsullarda innovativ bankçılıq texnologiyalarının geniş tətbiqi, maliyyə bazarındakı artan rəqabət şəraitində Azərbaycan Beynəlxalq Bankının inkişaf etdirilərək ən qabaqcıl bankçılıq təcrübəsinə yiyələnməsi bu ilin də əsas strateji hədəflərindən olacaq.
Bank yaranma gününə özəl olaraq yeni kampaniyalara start verib. Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı və pensiya kartı sahibləri yanvarın 11-dən 18-dək keçirilən kampaniya çərçivəsində nağd pul kreditini bankdan illik faiz dərəcəsində 2% ENDİRİMLƏ, KOMİSSİYASIZ və məbləğ 5000 manata qədər olduqda ZAMİNSİZ ala biləcəklər. Azərbaycan Beynəlxalq Bankının nağd pul kreditləri barədə daha ətraflı: https://www.ibar.az/az/individual/credits/
Bankın yaranma günü münasibətilə elan etdiyi digər kampaniya isə “American Express” kartları ilə bağlıdır. Kampaniya çərçivəsində yanvarın 11-dən 31-ə qədər istənilən şəxs valyutasına uyğun olaraq kart hesablarına 100 manat və ya 100 ABŞ dolları vəsait yerləşdirməklə 1 illik debet rejimli “American Express Green” kartlarını pulsuz alacaq. Həmin kartı əldə edən müştərilərə “Mastercard Standard” kartı da hədiyyə veriləcək. Kampaniyadan faydalanan müştərilər avtomatik olaraq bankın təqdim etdiyi “Qayğıkeş” klubunun üzvünə çevrilərək tərəfdaş məkanlarda alış-veriş zamanı hər ödədikləri məbləğin 10%-dək hissəsini kart hesablarına geri alacaqlar. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı “American Express” beynəlxalq ödəniş sisteminin ölkəmizdəki eksklüziv tərəfdaşıdır.
Azərbaycan Beynəlxalq Bankı “VİSA Gold”, “VİSA Platinum”, “MasterCard Gold”, “MasterCard Platinum” kartları ilə bağlı da endirim kampaniyası keçirir. Yanvarın 11-dən 18-ə qədər bu kartları bankdan 50% endirimlə almaq olar. Bankın müxtəlif çeşiddə plastik kartlarını buradan sifariş vermək mümkündür.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 d. əvvəl
Artıq ödənilmiş rüsum “e-rüsum" altsistemi vasitəsilə nağdsız formada qaytarılacaq
-
8 d. əvvəl
Azərbaycanda restoran və kafelər üçün yeni vergi güzəşti gəlir
-
10 d. əvvəl
Avtomobillərin utilizasiyası ilə bağlı yeni qərar – Fond ləğv edilir
-
12 d. əvvəl
Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti – 2027-ci ildən tətbiq oluna bilər
-
15 d. əvvəl
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
-
18 d. əvvəl
“ƏDV geri al”a bənzər yeni sistem yaradılır – Vətəndaşlara 0,9% geri ödəniş
-
20 d. əvvəl
Xalq Bankdan 50 000 AZN-dək istehlak krediti 0% komissiya ilə ®
-
28 d. əvvəl
Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə
- 29 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda restoran və kafelər üçün yeni vergi güzəşti gəlir
Xalq Bankdan 50 000 AZN-dək istehlak krediti 0% komissiya ilə ®
Ən çox oxunanlar
Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə
Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
Azərbaycanda yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq
Xüsusi və dövlət mülkiyyətdə olan torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

























