“Nikoil Bank”ın vəziyyəti məlum oldu
“Nikoil Bank” ASC 2018-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Banka istinadən xəbər verir ki, Bank ötən ili 135 milyon 200 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ili 2 milyon 709 min manat zərər ilə bağlamışdı.
Zərərin yaranmasının səbəbi Bankın ötən il aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 172 milyon 156 min manat ayırmasıdır. Ehtiyatlar ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılır.
GƏLİRLƏRİ ARTIB VƏ XƏRCLƏRİNİ ARTIQLAMASI İLƏ ÜSTƏLƏYİB
Ehtiyatlara ayırmanı nəzərə almasaq “Nikoil Bank”ın əməliyyat fəaliyyəti mənfəətlidir. Belə ki, ötən il Bankın cəmi gəlirləri 75 milyon 825 min manat, cəmi xərcləri isə 38 milyon 870 min manat təşkil edib. Xərclərin gəlirlərdən çıxılması ilə Bankın 36 milyon 955 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin hesabına 172 milyon 155 min manatlıq ayırma 135 milyon 200 min manat zərər ilə nəticələnib.
2017-ci ildə "Nikoil Bankı"ın cəmi gəlirləri 69 milyon 748 min manat, cəmi xərcləri 41 milyon 245 min manat, əməliyyat mənfəəti isə 28 milyon 503 min manat təşkil etmişdi. Beləliklə, ötən il 2017-ci illə müqayisədə Bankın gəlirləri və əməliyyat mənfəəti artıb. Həmçinin bank xərclərini azaltmağa nail olub.
Bankın faiz gəlirləri illik müqayisədə 66 milyon 682 min manatdan 68 milyon 137 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 66 min manatdan 7 milyon 689 min manata qalxıb.
Böyük yığılmış zərərə (285 milyon 440 min manat) baxmayaraq, güclü nizamanmə kapitalı (348 milyon manat) sayəsində “Nikoil Bank”ın cəmi kapitalı 50 milyon manatdan aşağı düşməyib. Ötən ilin sonunda Bank 67 milyon 895 min manat məcmu kapitala malik olub.
31 Dekabr 2018-ci il tarixində "Nikoil Bank" ASC 417 milyon 40 min manat cəmi aktivlərə (o cümlədən 282 milyon 713 min manatı müştərilərə), 351 milyon 367 min manat cəmi öhdəliklərə və 65 milyon 673 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2017-ci il tarixində "Nikoil Bank" ASC 437 milyon 330 min manat cəmi aktivlərə (o cümlədən 291 milyon 46 min manatı müştərilərə ), 362 milyon 364 min manat cəmi öhdəliklərə və 74 milyon 966 min manat cəmi balans kapitalına malik idi.
İllik müqayisədə Bankda depozitlər cüzi azalaraq 229 milyon 225 min manatdan 228 milyon 666 min manata düşüb.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
4 d. əvvəl
Azərbaycanda restoran və kafelər üçün yeni vergi güzəşti gəlir
-
6 d. əvvəl
Avtomobillərin utilizasiyası ilə bağlı yeni qərar – Fond ləğv edilir
-
8 d. əvvəl
Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti – 2027-ci ildən tətbiq oluna bilər
-
11 d. əvvəl
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
-
14 d. əvvəl
“ƏDV geri al”a bənzər yeni sistem yaradılır – Vətəndaşlara 0,9% geri ödəniş
-
16 d. əvvəl
Xalq Bankdan 50 000 AZN-dək istehlak krediti 0% komissiya ilə ®
-
24 d. əvvəl
Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə
- 25 d. əvvəl
-
34 d. əvvəl
Vergi borcuna görə hesablanan faiz yarıya endirilir – Yeni qayda təklif olunur
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda restoran və kafelər üçün yeni vergi güzəşti gəlir
Xalq Bankdan 50 000 AZN-dək istehlak krediti 0% komissiya ilə ®
Ən çox oxunanlar
Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə
Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
Azərbaycanda yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq
Xüsusi və dövlət mülkiyyətdə olan torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq



























