Fond: Kirayə mexanizmi ilkin ödənişi olmayan və gəliri ipoteka krediti üçün kifayət etməyənlər üçün nəzərdə tutulub
İpoteka və Kredit Zəmanət Fondu Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizminin yaradılması ilə bağlı məlumat yayıb.
Fonddan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilmişdir.
Təsdiq edilmiş Qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılmasını nəzərdə tutur. Mexanizm çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçiriləcəkdir. Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcəkdir.
Fond tərəfindən vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayəyə veriləcəkdir.
Mənzillərin kirayə verilməsi ilə bağlı əsas şərtlər aşağıdakılardır:
- kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri olmamalıdır;
- kirayə müqaviləsi 3 ildən 25 ilədək bağlanıla bilər;
- kirayə müqaviləsi bağlanıldıqda kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir;
- kirayəyə verilən mənzil sığortalanmalıdır (sığorta Fondun xərcləri hesabına aparılacaqdır).
Qaydanın tələblərinə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin, sonrakı dövrdə mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən alış qiymətinin məbləğində güzəştlərin tətbiqi nəzərdə tutulur.
Mexanizm çərçivəsində müəyyən müddət kirayədə qalıb, sonradan yaşayış yerini dəyişən vətəndaşların hüquqlarının müdafiəsi də nəzərdə tutulmuşdur. Belə ki, Qaydaya əsasən Fondun yazılı razılığı ilə kirayə müddətində (kirayə müqaviləsi bağlanan gündən 3 ildən tez olmayaraq) vətəndaşın kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi mümkündür. Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə, kirayə müqaviləsi üzrə hüquqlar kirayəçinin vərəsələrinə keçir.
Mexanizm çərçivəsində müraciətlərin növbəlilik əsasında elektron sistem vasitəsilə qəbulu nəzərdə tutulur.
Satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqi ilk növbədə həm ilkin ödənişi olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsi üçün kifayət etməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
23 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
26 d. əvvəl
Azərbaycanda 90 min qida obyekti və subyekti qeydiyyata alınıb
-
37 d. əvvəl
Avropa İttifaqına ixrac icazəsi olan Azərbaycan müəssisələrinin sayı 6 dəfə artıb
- 54 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Shanghai International Port (Group) Abşeron Logistika Mərkəzində
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Neft qiymətləri yüksəlir - Brent 110 dollara yaxınaşıb
Shanghai International Port (Group) Abşeron Logistika Mərkəzində
Çinin tikinti nəhəngi “Sea Breeze” ilə əl sıxdı
Ən çox oxunanlar
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir
AYNA 30-dan çox avtobus marşrutunu müsabiqəyə çıxardı
Qida məhsulları istehsaldan istehlakçıya qədər elektron izlənəcək
“KollektA” şirkətinin səhmlərinə abunə yazılışı başlayır
Huawei Azərbaycanda regional rəqəmsal mərkəz yarada bilər
























