“AtaBank”ın maliyyə vəziyyəti məlum oldu
Azərbaycanın böyük kapitallı banklarından biri olan “AtaBank” ASC 2018-ci ili 66,5 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “AtaBank”ın cəmi gəlirləri 45 milyon 550 min manat, o cümlədən faiz gəlirləri 40 milyon 358 min manat, qeyri-faiz gəlirləri 5 milyon 192 min manat təşkil edib. 2017-ci ildə “AtaBank”ın cəmi gəlirləri 55 milyon 743 min manat, o cümlədən faiz gəlirləri 47 milyon 262 min manat, qeyri-faiz gəlirləri 8 milyon 481 min manat təşkil etmişdi.
2018-ci ildə “AtaBank”ın faiz xərcləri 25 milyon 45 min manat, qeyri-faiz xərcləri 26 milyon 288 min manat təşkil edib. 2017-ci ildə Bankın faiz xərcləri 19 milyon 991 min manat, qeyri-faiz xərcləri isə 29 milyon 151 min manat olmuşdu. İllik müqayisədə Bankın faiz xərcləri artıb, qeyri-faiz xərcləri azalıb.
2018-ci ildə “AtaBank”ın 45 milyon 550 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 51 milyon 533 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 5 milyon 783 min manat əməliyyat zərəri formalaşıb. Lakin, ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyatın 6 milyon 707 min manatı azad olub və mənfəətə əlavə edilib. Ehtiyatın azad olması hesabına əməliyyat zərəri ortadan qalxıb və 924 min manat mənfəət də yaranıb. Mənfəətdən 857,5 min manat mənfəət vergisi ödənilib. Nəticədə, “AtaBank” 2018-ci ili 66,5 min manat xalis mənfəət ilə bağlayıb. Bank 2017-ci ili 362,3 min manat xalis mənfəət ilə başa vurmuşdu.
"AtaBank" ASC-də kredit və depozit itkiləri üzrə ehtiyata ayırmaların azad olması, kredit riskinin və problemli kreditlərin azaldığına işarədir.
31 Dekabr 2018-ci il tarixində "AtaBank" 581 milyon 110 min manat cəmi aktivlərə, 438 milyon 580 min manat cəmi öhdəliklərə və 142 milyon 529 min manat balans kapitalına malik olub. Aktivlərin 428 milyon 565 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
31 Dekabr 2017-ci il tarixində "AtaBank" 625 milyon 861 min manat cəmi aktivlərə, 479 milyon 387 min manat cəmi öhdəliklərə və 146 milyon 473,7 min manat balans kapitalına malik idi. Aktivlərin 464 milyon 34 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
Diqqəti cəlb edən "AtaBank"da əhalinin əmanətlərinin artmasıdır. Belə ki, 2017-ci illə müqayisədə ötən il fiziki şəxslərin müddətli depozitləri 9 milyon 896 min manat və ya 3,8% artaraq 268 milyon 46 min manata qalxıb.2017-ci ilin sonunda fiziki şəxslərin müddətli depozitləri 258 milyon 150 min manat təşkil etmişdi.
"AtaBank" ötən ilin sonunda 137 milyon 245 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
14 d. əvvəl
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
- 19 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
-
24 d. əvvəl
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
-
37 d. əvvəl
Holdinqin baş mütəxəssisi 1,5 milyon manat mənimsəmədə təqsirləndirilir
- 42 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
-
59 d. əvvəl
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
Nobel Sülh mükafatının laureatı məlum olub
Ən çox oxunanlar
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Ölkə üzrə orta əməkhaqqı açıqlandı
Azərbaycanda inflyasiya göstəricisi açıqlandı
























