“AccessBank”, müştərilərə verilən kreditlərin artması ilə böyüyüb
“AccessBank” QSC-nin xalis zərəri 5 dəfəyə yaxın azalıb. Belə ki, 2017-ci ildə 56 milyon 380 min manat olmuş xalis zərər 2018-ci ildə 11 milyon 579 min manata düşüb. Yaxın gələcəkdə “AccessBank”ın xalis mənfəət əldə edəcəyi gözlənilir.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “AccessBank”ın faiz gəlirləri 88 milyon 71 min manat təşkil edib. Bank 2017-ci ildə 102 milyon 475 min manat faiz gəlirləri əldə etmişdi.
İllik müqayisədə “AccessBank”ın qeyri-faiz əməliyyatları üzrə zərəri 14 milyon 754 min manatdan 8 milyon 974 min manata düşüb.
Cəmi gəlirlərdən faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra ötən il “AccessBank”ın 32 milyon 994 min manat xalis əməliyyat zərəri yaranıb. Bu zərər 2017-ci illə müqayisədə 22,7% azdır. 2017-ci ildə “AccessBank”ın xalis əməliyyat zərəri 42 milyon 692 min manat təşkil etmişdi.
2017-ci ildə “AccessBank” ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyat yaradırdısa, 2018-ci ildə yaradılmış ehtiyat azad olmağa başlayıb. Belə ki, ötən il ehtiyatın 21 milyon 415 min manatı azad olduğundan Bankın zərəri 11 milyon 579 min manata düşüb.
“AccessBank” 2017-ci ildə ehtiyata 13 milyon 688 min manat ayırmış və bu ayırma zərərin daha da artmasına və kapitalın azalmasına səbəb olmuşdu.
“AccessBank”da kredit və depozit itkiləri üzrə ehtiyata ayırmaların azad olması, kredit riskinin və problemli kreditlərin azaldığına işarədir.
BANK VERİLƏN KREDİTLƏRİN ARTMASI İLƏ BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində “AccessBank” 878 milyon 688 min manat cəmi aktivlərə, 822 milyon 119 min manat cəmi öhdəliklərə və 56 milyon 569 min manat cəmi balans kapitalına malik olub. Bank 2017-ci ilin sonunda 844 milyon 821 min manat cəmi aktivlərə, 775 milyon 958 min manat cəmi öhdəliklərə və 68 milyon 863 min manat cəmi balans kapitalına malik idi.
İllik müqayisədə müştərilərə verilən xalis kreditlər və lizinqlər 503 milyon 503 min manatdan 542 milyon 488 min manata qalxıb . Başqa sözlə, 2017-ci illə müqayisədə 2018-ci ildə “AccessBank”ın cəmi aktivləri 33 milyon 867 min manat və ya 4%, kredit portfeli isə 38 milyon 985 min manat və ya 7,7% artıb.
“AccessBank”da depozitlər daha yüksək nisbətdə - 25,3% və ya 101 milyon 323 min manat artaraq 2017-ci ilin sonundakı 399 milyon 815 min manatdan 501 milyon 138 min manata yüksəlib.
“AccessBank” digər maliyyə müəssisələrindən aldığı kreditləri qaytarmaqda davam edib və borc 242 milyon 569 min manatdan 209 milyon 667 milyon manata düşüb.
31 Dekabr 2018-ci il tarixində “AccessBank” 30 milyon 28 min manat məcmu kapitala malik olub.
“KAPİTALIN ARTIRILMASI YEKUNLAŞMAQ ÜZRƏDİR”
Maliyyə göstəricilərini şərh edən "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Əsas biznes göstəricilərinin ciddi artım nümayiş etdirməsi sübut edir ki, bankın yeni inkişaf mərhələsinə qədəm qoyması artıq öz bəhrələrini verir. Menecment bu artım dinamikasının tendensiya xarakteri alacağına əmindir. Başqa sözlə, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etməkdir. Bu baxımdan bankın kapitallaşması da mühüm rol oynanır. Qeyd edim ki, hazırda bu proses yekunlaşmaq üzrədir. "AccessBank" 2019-cu ilə yeni hədəflərlə daxil olub və inanıram ki, güclü komandamız və hər zaman bizə etimad göstərən müştərilərimiz sayəsində hər bir hədəfə nail olacağıq".
KAPİTALINI BÖYÜK MƏBLƏĞDƏ ARTIRIR
Xəbər verdiyimiz kimi, “Access Bank” QSC-nin xarici investorları kapitallaşma barədə qərar qəbul edib, noyabrın 15-də bununla bağlı saziş imzalanıb. Kapitallaşma prosesi çərçivəsində investorlar Banka 184 milyon manat məbləğində dəstək verəcəklər. Bunun 118,5 milyon manatı nizamnamə kapitalının artırılmasına yönələcək və nəticədə səhmdar kapital 258 milyon manata çatdırılacaqdır. Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapitalın 22 milyon manat artırılması planlaşdırılır. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 milyon manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
21 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
53 d. əvvəl
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İran müharibəsini başlatdığına görə peşman olmadığını bildirib
-
1 saat əvvəl
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
-
1 saat əvvəl
Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır
-
1 saat əvvəl
ABŞ neftin qiyməti üzrə proqnozlarını yüksəldib - Neft bazarında təklif şoku dərinləşir
-
1 saat əvvəl
"Moodys": Hörmüz boğazında gəmiçilik riskləri Orta Dəhlizin aktuallığını artırır
-
1 saat əvvəl
6500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır ®
-
2 saat əvvəl
Azərbaycanda 90 min qida obyekti və subyekti qeydiyyata alınıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Tramp İran müharibəsini başlatdığına görə peşman olmadığını bildirib
ABŞ neftin qiyməti üzrə proqnozlarını yüksəldib - Neft bazarında təklif şoku dərinləşir
Ən çox oxunanlar
6500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır ®
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Neft qiymətləri yüksəlir - Brent 110 dollara yaxınaşıb
Rəsmi məzənnələr açıqlandı
Shanghai International Port (Group) Abşeron Logistika Mərkəzində
Çinin tikinti nəhəngi “Sea Breeze” ilə əl sıxdı
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir























