"Expressbank" əməkdaşları üçün yeni inkişaf mərkəzini istifadəyə verdi
Müştərilərin işinin rahatlığını təmin edən Expressbank əməkdaşlarının peşəkarlığı üçün də daima çalışır. Tətbiq etdiyi peşə təlimləri və şəxsi inkişaf proqramları ilə təcrübəçiləri bankın peşəkar komanda üzvünə çevirən Express İnkişaf Mərkəzi yeni tədris ocağını istifadəyə verib.
Rəmzi açılış lentini kəsən Expressbank-ın İdarə Heyətinin sədri İlham Həbibullayev çıxış edərək gələcəkdə peşəkar mütəxəssislərin hazırlanmasında Express İnkişaf Mərkəzinin əhəmiyyətindən bəhs edib:
“İşçilərimizin inkişafına, öz işçi məktəbinin formalaşmasına böyük yer ayıran və dəyər verən bank olaraq belə bir mərkəzin yaradılması barədə müvafiq qərarı qəbul etdik və nəticədə bu gün sizinlə birgə açılışında iştirak edirik. Bir çox hallarda işçinin bankla, onun korporativ mədəniyyəti və dəyərləri ilə tanışlığı məhz təlim tədris mərkəzlərindən başlayır. Çalışdıq ki, mərkəzimiz bu baxımdan öz konsepsiyası və mövcud imkanları ilə işçilərimizin mərkəzdə keçirdiyi vaxta əlavə dəyər artırsın, həm də onlar üçün əlavə motivasiya mənbəyi olsun. Əsas məqsədimiz isə mərkəzə gələn əməkdaşların nəzəri biliklər ilə yanaşı yerində bütün proseslərin canlı şahidi olaraq lazımi praktiki biliklərə tez və keyfiyyətli şəkildə yiyələnməsini təmin edə bilməkdir.”
İnsan Resursları departamentinin rəhbəri Məlahət Abdullayeva bankda çalışan əməkdaşların inkişafı istiqamətində əldə edilən uğurlardan və növbəti ildə nəzərdə tutulan maraqlı layihələrdən, əsas hədəflərdən danışdı.
“Bankda hər bir əməkdaşın inkişafı ümumi komandanın inkişafı və uğuru deməkdir. Express İnkişaf Mərkəzinin əsas hədəfi keyfiyyətli və tədris sahəsində ehtiyacları qarşılayan mərkəzə çevrilməkdir. Bununla da potensialı olan gənclərin bank sahəsində təcrübə əldə edərək gələcəkdə daha böyük uğurlara nail olmalarına zəmin yaratmaqdır. Həmçinin mövcud əməkdaşların da şəxsi və peşəkar inkişafı üçün müxtəlif layihələr nəzərdə tutulub. Digər tərəfdən bankdaxili inkişaf yoluna daha çox üstünlük verdiyimiz üçün qarşıya qoyulan hədəflərdən biri də bankdakı yüksək vəzifələri daxili kadrlarımız hesabına təmin etməkdir.”
Məlahət Abdullayeva vurğuladı ki, ötən il təlim ehtiyaclarından asılı olaraq təşkil edilən 200-ə yaxın fərqli üsullarla keçirilən daxili və kənar təlimlərdən 3000-ə yaxın iştirakçı yararlanmışdır. 2019-cu ildə bu rəqəmin daha da artacağı gözlənilir. Mərkəzdə bundan sonra da təşkil edilən tədbirlərdə nəzərdə tutulan yeni və müasir alternativ tədris vasitələrindən istifadə nəzərdə tutulub. Bu məqsədlə ötən il tədrisə başladığımız bir sıra uğurlu layihələrin davamı olaraq ənənəvi stereotiplərdən uzaqlaşaraq “Oyna və öyrən, öz işinin peşəkarı ol” şüarı altında gamification (oyunlaşdırma) layihəsınə başladıq.“
Əlavə olaraq Express İnkişaf Mərkəzində yaradılan böyük kitabxana, əməkdaşların yeni biliklərin əldə etməsinə və bank fəaliyyətində ümumdünya təcrübəsi ilə yaxından tanış olmağa gözəl şərait yaradır.
Qeyd edək ki, yeni Express İnkişaf mərkəzi Əcəmi Naxçıvani 21 yerləşir. Əlavə məlumat üçün 132 məlumat mərkəzinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 d. əvvəl
Azərbaycanda əmlakını kirayəyə verənlər üçün vergi qaydaları dəyişir – Yeni seçim təklif olunur
-
6 d. əvvəl
Minik avtomobillərinin yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaq
-
11 d. əvvəl
Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır
- 15 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanda bəzi cihazların aksizə cəlb olunması ilə bağlı problem aradan qaldırılır.
-
22 d. əvvəl
“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək
-
23 d. əvvəl
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
- 26 d. əvvəl
-
33 d. əvvəl
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda bəzi cihazların aksizə cəlb olunması ilə bağlı problem aradan qaldırılır.
“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək
Ən çox oxunanlar
Yapı Kredi Bank Azərbaycandan 5%-dək keşbek kampaniyası!
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir ®
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir


























