Hesab.az-dan qadınları sevindirən kampaniyalar
(®) Hesab.az hər zaman həm funksionallıq baxımından yeniliklər edərək həm də, həyata keçirdiyi layihələrlə, müsabiqələr, yarışmalarla istifdəçilərini sevindirməyi bacarmışdır. Hesab.az bu dəfə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım istifadəçilərini unutmamış və onlar üçün xüsusi layihə və müsabiqə təşkil edib.
Qeyd edək ki, Hesab.az komandası hər zaman kişi və qadın hüquqlarının bərabər olmasının tərəfdarı olmuşdur. Bu səbədəndir ki, kollektiv heyətində qadın/kişi diskriminasıyası qorunub və saxlanılmışdır.
Belə ki, 8 Mart tarixinə kimi qeydiyyatdan keçən və ya artıq qeydiyyatı olan xanım istifadəçilər Hesab.az portalında 8 Mart tarixində bir dəfəyə 20 AZN və yuxarı ödəniş edərək (Bank, sığorta və online bilet ödənişləri istisna olmaqla), 10 AZN dəyərində Hesab.az hədiyyə kartı qazanıblar.
Facebook səhifələrində həyata keçirilən müsabiqədə istifadəçilərin həyatında “Əvəzedilməz Qadın obrazı” müəyyən etmələri yer alıb. Şərtlərə əsasən hər kəsin həyatında iz qoyan və onun üçün ideal olan “Əvəzedilməz Qadın obrazı” hesab etdiyi qadının şəkli ilə birlikdə nə üçün ideal saydıqları haqqında ətraflı məlumatı Hesab.az –ın elektron ünvanına göndərmələri istənib. Buna görə Hesab.az komandası əvəzedilməz qadını sevindirmək üçün onlara bir fürsət yaradıb və iştirakçılar arasından yalnız 10 nəfər seçilərək dəyərli hədiyyə ilə təltif edilib.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 7 d. əvvəl
-
29 d. əvvəl
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”-də finalçı kimi yarışacaq ®
-
47 d. əvvəl
Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması tənzimlənir
- 53 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
“e-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”-də finalçı kimi yarışacaq ®
İraqda böyük devalvasiya – dinar 13% ucuzlaşdırıldı
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur





















