"“İDC 2000” şirkəti “Veysəloğlu”nun işgüzar nüfuzuna ciddi zərər vurub" - AÇIQLAMA
“Malyutka 2” uşaq qidası ilə bağlı yayılan xəbər haqqında “Veysəloğlu” MMC-nin açıqlaması
- Ambarlarımızdakı bütün məhsulları “İDC 2000” şirkətinə təhvil verimişik
“Veysəloğlu” MMC haqqında mətbuatda qeyd edilən uşaq qidası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".
Bu, Şirkətdən “Marja”ya daxil olmuş açıqlamada deyilir.
Açıqlamada bildirilir:
"“Veysəloğlu” MMC İyun 2007 - Aprel 2018-ci il tarixlərində Nutricia B.V. (Niderland Krallığı) şirkəti ilə əməkdaşlıq etmiş və qeyd edilən şirkətin məhsulları olan Nutrilon və Malyutka markalarının respublikamıza dağıtımını həyata keçirmişdir. Lakin 2018-ci ilin aprel ayından etibarən şirkətimiz “Nutricia” şirkətinin məhsullarının idxalını tam dayandırmışdır. 1 noyabr 2018-ci il tarixindən etibarən isə adı çəkilən istehsalçı şirkətlə əməkdaşlıq müqaviləsinə rəsmi formada xitam verilmişdir.
“Nutricia” şirkətindən ən son idxal etdiyimiz məhsulların (“Malyutka 2” - 350 gr) son istifadə tarixi 06.03.2020-dir. Mətbuatda yayılan fotolarda isə qeyd edilən məhsulun son istifadə tarixi isə 19.03.2020-dir. Yəni mediada şəkilləri yayılan “Malyutka 2” uşaq qidası “Veysəloğlu” MMC-nin bu məhsulun idxalına dair müvafiq şirkətlə müqaviləsinə xitam verdikdən sonra bizə aidiyyatı olmayan digər bir şirkət tərəfindən ölkəyə gətirilmişdir.
Xüsusi olaraq qeyd etmək istərdik ki, “Veysəloğlu” MMC tərəfindən 1 aprel 2018-ci il tarixindən etibarən “Nutricia” şirkətinin məhsulu olan uşaq qidasının idxalı ilə bağlı “Nutricia” şirkətinə sifariş verilməmişdir. Xitam müqaviləsinin imzalanmasına qədər (1 noyabr 2018- ci il tarixinədək) satılan bütün məhsullarla bağlı “Veysəloğlu” MMC məsuliyyət daşıyıb. Əməkdaşlıq müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq, qeyd edilən tarixdən etibarən respublikamıza idxal edilən “Nutricia” fabrikinin bütün məhsulları, həmçinin də mətbuatda adı hallanan “Malyutka 2” ( 350 gr) uşaq qidası ilə bağlı yaranan hər hansı bir problemə görə “Veysəloğlu” MMC məsuliyyət daşımır.
Eyni zamanda qeyd etmək istərdik ki, xitam müqaviləsi imzalandığı tarixdə “Nutricia” şirkətinin müxtəlif ticarət nişanları altında istehsal olunan və ambarlarımızda saxlanılan bütün məhsulları “Nutricia” şirkətinin təyin etdiyi “İDC 2000” şirkətinə təhvil verilib. Yararsız mallar isə “İDC 2000” şirkətinin iştirakı ilə rəsmi qaydada məhv edilmişdir.
Qeyd etmək istərdik ki, əməkdaşlığımızın bitməsindən sonra “Veysəloğlu” MMC nümayəndəsi tərəfindən istehsalçı və idxalçılara yazılı şəkildə, həmçinin telefonla satış nöqtələrində sərgilənən məhsulların üzərində rəsmi distribyuterin “Veysəloğlu” MMC şirkətinin qeyd olunduğu və son istifadə müddətinin az qaldığı üçün yığışdırılması tələb edilmişdir. Əlavə olaraq əməkdaşlığın xitamından sonra istehsal edilən qablaşma üzərində idxala dair qeyd olunan “Veysəloğlu” MMC-nin adının çıxarılması xüsusi ilə tələb edilmişdir.
İstehlakçılara bildirmək istəyirik ki, “Veysəloğlu” MMC tərəfindən bütün məhsullarla bağlı şirkətlərlə əməkdaşlıq etdiyi müddətdə keyfiyyət proseduruna əsasən idxal olunan məhsullardan əvvəlcə nümunələr götürülür və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda sınaqlar aparılır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qida təhlükəsizliyi baxımından önəm kəsb edən məhsullarımızın dağıtım mərkəzlərində ilk qəbuldan, saxlanma, daşınma və müştərilərə təqdim olunana qədər bütün proses boyu nəzarətləri təmin olunur və dağıtım mərkəzində, mağazalarda mal qəbulu, hətta mağazalarda vitirinlərdə qaldığı müddət ərzində belə, yoxlama mərhələlərindən keçirilir.
Xatırlatmaq istərdik ki, “Veysəloğlu” MMC olaraq idxal etdiyimiz məhsulların keyfiyyətinə nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sıx əməkdaşlıq edirik. Bu məqsədlə bütün məhsullarımız AQTA tərəfindən tətbiq edilən normativlərə əsasən qeydiyyatdan keçirlər.
Sözü gedən məhsulun istehsalı və dağıtımı ilə əlaqədar olaraq İstehsalçı “Nutricia” və idxalçı “İDC 2000” şirkəti tərəfindən “Veysəloğlu” MMC-yə qarşı kobud şəkildə qanunvericilik tələbləri pozulmuş, etiketlənmə prosesində idxalçı haqqında səhv informasiya verilməklə şirkət adı düzgün qeyd edilməmişdir. Bununla da, “Veysəloğlu” MMC-nin işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Bu barədə “Veysəloğlu” MMC olaraq, istehlakçıların hüquqlarının pozulması və şirkət adının doğru hallanmaması ilə əlaqədar olaraq istər istehsalçı, istər idxalçı şirkət haqqında hüquq mühafizə orqanlarına müraciət ediləcək.
“Veysəloğlu” MMC uzun müddətli təcrübəsinə, tətbiq etdiyi beynəlxalq standartların tələblərinə və keyfiyyətin idarə olunması prosedurlarına əsaslanaraq satışını həyata keçirdiyi məhsulların keyfiyyətinə zəmanət verir, fəaliyyətini müştəri məmnuniyyəti üzərində qurmağa önəm göstərir".
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
3 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
4 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
4 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
4 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)












