“TuranBank” maliyyə vəziyyətini açıqladı
“TuranBank” ASC 2019-cu ilin 1-ci rübünü 109 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2018-ci ilin 1-ci rübünü 216 min manat zərər ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “TuranBank”ın cəmi gəlirləri 8 milyon 650 min manat, cəmi xərcləri isə 9 milyon 93 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 444 min manat əməliyyat zərəri yaranıb. Lakin ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatdan 553 min manatın azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 109 min manat xalis mənfəəti qalıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “TuranBank”ın cəmi gəlirləri 8 milyon 53 min manat, cəmi xərcləri 8 milyon 123 min manat, əməliyyat zərəri 70 min manat təşkil etmişdi. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 146 min manat da ayrıldığından zərər 216 min manata yüksəlmişdi.
Ötən ilin birinci rübü ilə müqayisədə cari ilin ilk rübündə “TuranBank”ın cəmi gəlirləri 597 min manat, cəmi xərcləri isə 970 min manat artıb. “TuranBank”ın xərclərinin gəlirlərindən daha çox artması ilə əlaqədar olaraq əməliyyat zərəri 373 min manat daha çox olub. Bankın əməliyyat mənfəətinə çıxması üçün gəlirlərini daha çox artırması lazımdır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Ötən ilin ilk rübündə “TuranBank”ın faiz gəlirləri 7 milyon 243 min manat ikən, cari ilin ilk rübündə 7 milyon 986 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 810 min manatdan 664 min manata düşüb.
AKTİVLƏRİ YARIM MİLYARD MANATI AŞIB
31 Mart 2019-cu il tarixində “TuranBank” 500 milyon 171 min manat cəmi aktivlərə, 441 milyon 6 min manat cəmi öhdəliklərə və 59 milyon 165 min manat cəmi balans kapitalına malik olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda (31 Dekabr 2018) Bank 492 milyon 606 min manat cəmi aktivlərə, 433 milyon 473 min manat cəmi öhdəliklərə və 59 milyon 133 min manat cəmi balans kapitalına malik idi.
31 Mart 2018-ci il tarixində “TuranBank”ın cəmi aktivləri 495 milyon 54 min manat, cəmi öhdəlikləri 436 milyon 114 min manat və cəmi balans kapitalı isə 58 milyon 940 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
İlk 3 ayda Bankın müştərilərə verdiyi kreditlər 1 milyon 621 min manat və ya 0,5% artaraq ötən ilin sonundakı 313 milyon 80 min manatdan 314 milyon 701 min manata yüksəlib. Son 12 ay ərzində isə müştərilərə verilmiş kreditlər 42 milyon 448 min manat və ya 15,6% artıb.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
MƏCMU KAPİTALI MİNİMAL TƏLƏBDƏN YÜKSƏKDİR
31 Mart 2019-cu il tarixində “TuranBank” 63 milyon 572 min manat məcmu kapitala malik olub, bu da 50 milyon manat olan minimal tələbdən yüksəkdir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
3 d. əvvəl
Azərbaycan Hava Yollarının Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırılıb
-
2 saat əvvəl
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
-
3 saat əvvəl
Kreml Rusiya, Azərbaycan və İran prezidentlərinin müzakirə etdiyi məsələnu açıqlayıb
-
3 saat əvvəl
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
-
3 saat əvvəl
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
Xəzərin Azərbaycan hissəsində 30 min hektar quru sahə yaranıb
Bakının şimalında yeni böyük daşınmaz əmlak layihəsi həyata keçiriləcək - RAZILAŞMA
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit






















