Almaniya şirkəti “Festo” Bakıda təqdim edildi
(®) Aprelin 16-da “Hyatt Regency Baku”da neft-qaz və istehsal şirkətlərinin nümayəndələrinə sənaye pnevmatik avadanlıq və avtomatlaşdırma sistemlərinin istehsalçısı - Almaniyanın “Festo” şirkəti təqdim olundu.
Pnevmatik sistemlərin istehsalında dünya lideri olan “Festo”, bir neçə il ərzində Azərbaycan bazarında tək bir ofislə təmsil olunmuşdur. Bununla yanaşı, 2019-cu ildən başlayaraq ölkəmizdə neft və sənaye avadanlıqlarının aparıcı təchizatçılarından (tədarükcülərindən) biri olan “PIC Azerbaijan” şirkəti “Festo” şirkətinin rəsmi distribyutoru olmuşdur. Əməkdaşlığın başlanğıcı bir tədbirlə qeyd olundu. Tədbirdə şirkətlərin rəhbərləri və onların əməkdaşları mövcud və potensial tərəfdaşların qarşısında çıxış etdi.
Tədbirdə çıxış edən “PIC Azerbaijan” şirkətinin direktoru Bəhruz Hüseynov 2012-ci ildə təsis edilmiş şirkət üçün “Festo”nu Azərbaycanda təmsil etməyin böyük bir məsuliyyət olduğunu qeyd etdi. O, göstərilmiş etimada görə şirkətin nümayəndələrinə öz minnətdarlığını bildirdi. B.Hüseynovun sözlərinə görə, alman istehsalçısının rəhbərliyi markanın ölkədə tanınması istiqamətində böyük səy göstərdi. İndi də onlar bu istiqamətdə başlayan fəaliyyətlərini birgə davam etdirəcəklər.
Bəhruz Hüseynov qeyd etdi:
“Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın yerli əhalini minlərlə iş yeri ilə təmin edən yüzlərlə xarici şirkətləri cəlb edən azad iqtisadi məkanı olan bir ölkə olduğunu bildirmişdir. Bu ölkə iqtisadiyyatının inkişafına imkan yaradır və vətəndaşların rifahına müsbət təsir göstərir. Şirkətimiz bu iqtisadi inkişafın kiçik bir hissəsi olmaqdan qürur duyur”.
“Festo”nun Türkiyə nümayəndəliyinin rəhbəri Osman Türüdü bildirib ki, şirkət 80 ildir dünya bazarında uğurla fəaliyyət göstərir və 176 ölkədə, o cümlədən Azərbaycanda təmsil olunur.
O.Türüdü “Festo”-nun avtomatlaşdırma texnologiyasının qabaqcıl dünya təchizatçısı və sənaye təhsili və təhsil proqramları sahəsində lider olduğunu qeyd etdi. "Məqsədimiz - müştərilərimiz üçün maksimum məhsuldarlıq və rəqabət qabiliyyətlilikdir."
“Festo”nun nümayəndəsi şirkətin iki əsas fəaliyyət istiqaməti olduğunu qeyd etdi: texnologiya və ən yeni işləmələr.
“Birinci- sənayenin avtomatlaşdırılmasıdır, yəni biz müştərilərimizi texnoloji məhsullarla təchiz edirik. Bu, Azərbaycan üçün çox vacibdir, çünki bu ölkə kimya sahəsinə, yeyinti sənayesinə və neft kimyasına sərmayələri ilə inkişaf edən bir ölkədir. Bizim texnologiyalar yerli istehsalçı müəssisələrə öz effektivliyini və məhsuldarlığı artırmağa kömək edəcəkdir.
İkinci vacib istiqamət – nou-haunun təchizatıdır, bura da didaktik və tədris materialları daxildir. Bu, əsasən gənc əhalisi olan Türkiyə və Azərbaycan kimi ölkələr üçün çox vacibdir. Onlar yaxşı bir insan potensialına malikdir, biz onu inkişaf etdirməliyik. Ölkələrimizin, gənclərə bir kursda texnologiya, mexanizm, elektronika, proqram təminatı üzrə təhsil ala bilmək imkanı yaradacaq yeni təhsil sistemlərinə ehtiyacı var", - Osman Türüdü bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
21 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 23 saat əvvəl
-
23 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
23 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq

























