""Dəmirbank”a görə yubanan layihələrimiz yaxın zamanda tamamlanacaq"
"Mətanət A” şirkətinin İnvestisiya Layihələri üzrə vitse-prezidenti Mayis Qasımovun müsahibəsi
- Geridə qoyduğumuz il "Mətanət A” şirkəti üçün hansı uğurlarla yadda qaldı?
- Prezident İlham Əliyev "Mətanət A” şirkətinin "Ağdağ” müasir gips zavodunun açılışında çıxışı zamanı sərhədyanı ərazilərdə istehsal obyektlərinin tikilməsi zərurətini vurğulamışdı. Biz bu tövsiyəni rəhbər tutaraq artıq Qazax rayonunun Daşsalahlı kəndində dünyanın ən innovativ texnologiyalarına əsaslanan Qazax əhəng zavodunun tikintisini başa çatdırdıq. Zavodun yaxın zamanda dövlət başçısının iştirakı ilə açılışı gözlənilir.
- Bu zavodun dünyadakı ən son innovativ texnologiyaya əsaslandığını bilirik. Onun tikintisində dövlətin güzəştli kreditlərindən yararlandınızmı?
- Qeyd etdiyim kimi, dövlətin dəstəyini hər zaman hiss etmişik. Qazax əhəng zavodunun tikintisi və avadanlıqların alınması üçün "Mətanət A” şirkətinin öz vəsaitindən əlavə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən də kredit ayrılıb, kredit müvəkkil bank olaraq "DəmirBank” ASC vasitəsilə verilib.
- "DəmirBank” ASC-nin lisenziyasının ləğv edilməsi bu məsələ ilə bağlı çətinlik yaratdımı?
- Bəli, yaratdı. "DəmirBank” ASC-nin bank lisenziyasının ləğvi səbəbindən Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kredit də daxil olmaqla Kredit Portfelinin sağlam banka köçürülməsi ilə əlaqadar problemlər yarandı ki, bu da şirkətimizin gələcək layihələrinin icrasını şübhə altına qoyurdu. Lakin Prezidentin müvafiq fərmanı bu problemimizin həllinə kömək oldu. Belə ki, möhtərəm Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu”nun (SİF) vəsaitindən istifadə Qaydası”nın 3.6.bəndinə əsasən, fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirilməsi üçün məhkəməyə müraciət etmək səlahiyyəti Sahibkarlığın İnkişafı Fonduna verildi. Bu səlahiyyətindən istifadə edərək Sahibkarlığın İnkişafı Fondu məhkəməyə müraciət etdi, məhkəmə Azərbaycan Respublikası Prezidentinin bu fərmanını əsas götürərək kredit portfelimizin tam həcmdə "Dəmirbank” ASC-dən "PAŞA bank” ASC-yə köçürülməsinə dair ədalətli qərar qəbul etdi.
Sözügedən fərman həmçinin hər zaman özəl sektorun, sahibkarlığın inkişafına xüsusi diqqət və qayğıyla yanaşan möhtərəm Prezident İlham Əliyevin bu sahəyə verdiyi önəmin göstəricisi idi. Bu fərmanla həmçinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin də qorunması təmin olundu. Cənab Prezident çıxışlarında dəfələrlə bəyan edib ki, sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir və hər bir dövlət qurumu sahibkarlığın inkişafına dəstək göstərməlidir. İnanırıq ki, "Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu da dövlət başçısının fərmanını əsas tutaraq çıxarılan bu məhkəmə qərarının icrasını təmin edəcək, kredit portfelimizi tam həcmdə "PAŞA Bank” ASC-yə köçürəcək. Bununla da şirkətimiz tərəfindən həyata keçiriləcək yeni istehsal layihələrinin icrasına maneələr aradan qalxmış olacaq, regionlarda yeni iş yerləri açılacaq və son nəticədə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri səmərəli şəkildə yenidən sahibkarlığın inkişafına yönələcəkdir.

- Bu məhkəmə qərarının icrası nə qədər vaxt aparacaq?
- Möhtərəm Prezident İlham Əliyevin sahibkarlığın inkişafı siyasəti bütün dövlət qurumları tərəfindən davamlı olaraq dəstəklənir. Hesab edirik ki, sözügedən qurum da dövlət başçısının iqtisadi sahədə siyasətinə öz töhfəsini verəcək.
- Bəs 2019-cu ildən gözləntiləriniz necədir? Ümumiyyətlə, şirkətin yaxın perspektiv üçün nə kimi planları var?
- Yuxarıda qeyd etdiyim kimi, müəyyən problemlər layihələrimizin icrasını ləngidirdi. İnanırıq ki, bu problemimiz də uğurlu həllini tapacaq və biz də iqtisadiyyatımızın inkişafına töhfə verməkdə davam edəcəyik. "Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu tərəfindən kredit portfeli tam həcmdə "PAŞA Bank” ASC-yə köçürüldükdən sonra biz ilk növbədə Mineral Yun Zavodunun tikintisini başa çatdıracağıq. "Mətanət A” şirkəti olaraq bundan başqa, 2019-cu ildə Zənginləşdirilmiş Kvars Qum zavodu layihəsini və digər yeni layihələrin icrasını başa çatdırmaqla istehsal sahələrini genişləndirmək və yeni iş yerləri yaratmaq əsas hədəflərimizdəndir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
3 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
3 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
4 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
6 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























