“Azər - Türk Bank”ın maliyyə vəziyyəti açıqlandı
“Azər - Türk Bank”ın müştərilərə verdiyi kreditlər, faiz və komissiya gəlirləri artıb.
“Azər – Türk Bank” ASC 2019-cu ilin 1-ci rübünü 391 min manat xalis mənfəətlə başa vurub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. “Azər – Türk Bank” ötən ilin ilk rübünü 192 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Azər -Türk Bank”ın cəmi gəlirləri 7 milyon 866 min manat, cəmi xərcləri isə 7 milyon 475 min manat təşkil edib. Xərclərin 115 min manatını ehtiyac xərcləri təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 391 min manat mənfəəti formalaşıb. “Azər – Türk Bank” ilk rübdə mənfəət vergisi ödəməyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “Azər -Türk Bank”ın cəmi gəlirləri 15 milyon 741 min manat, cəmi xərcləri isə 15 milyon 548 min manat, xalis mənfəəti 192 min manat təşkil etmişdi.
FAİZ VƏ KOMİSSİYA GƏLİRLƏRİ ARTIB
2018-ci ilin ilk rübündə “Azər – Türk Bank”ın faiz gəlirləri 4 milyon 209 min manat ikən, 2019-cu ilin ilk rübündə 5 milyon 445 min manat təşkil edib (29,3% artım).
Ötən il “Azər - Türk Bank”ın cəmi gəlirlərinin və cəmi xərclərinin yüksək olması xarici valyuta ilə dilinq və yenidənqiymətləndirmə gəlirləri və xərcləri ilə bağlı olmuşdu. Bu maddə üzrə 9 milyon 454 min manat gəlir və 8 milyon 883 min manat xərc cəmi gəlirlərin və xərclərin artmasına səbəb olmuşdu.
Müqayisə olunan dövrdə Bankın komissiya gəlirləri 1 milyon 758 min manatdan 1 milyon 994 min manata yüksəlib.
1 İLDƏ MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR 40 MİLYON MANAT ARTIB
31 Mart 2019-cu il tarixində “Azər - Türk Bank” 330 milyon 167 min manat cəmi aktivlərə, 276 milyon 308 min manat cəmi öhdəliklərə və 53 milyon 859 min manat cəmi balans kapitalına milik olub. Aktivlərin 157 milyon 349 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
31 Dekabr 2018-ci il tarixində “Azər - Türk Bank” 368 milyon 306 min manat cəmi aktivlərə, 314 milyon 838 min manat cəmi öhdəliklərə və 53 milyon 468 min manat cəmi balans kapitalına malik idi. Həmin vaxt aktivlərin 165 milyon 620 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
31 Mart 2018-ci il tarixində isə “Azər - Türk Bank” 310 milyon 500 min manat cəmi aktivlərə, 255 milyon 852 min manat cəmi öhdəliklərə və 54 milyon 647 min manat cəmi balans kapitalına malik idi. Həmin vaxt aktivlərin 117 milyon 36 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, 12 ay ərzində “Azər - Türk Bank” ın müştərlərə verdiyi kreditlər 40 milyon 313 min manat və ya 34,4% artıb.
31 Mart 2019-cu il tarixində digər bankların “Azər - Türk Bank”a 47 milyon 103 min manat borcu olub. Ötən ilin sonunda bu məbləğ 34 milyon 28 min manat idi.
Martın sonunda “Azər - Türk Bank” 52 milyon 310 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
23 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
1 gün əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
























