Azərbaycan Mərkəzi Bankı ötən ili zərərlə başa vurub
Mərkəzi Bank 2018-ci ili 60 milyon 316 min manat zərərlə başa vurub. Halbuki, qurum 2017-ci ildən 3 milyard 513 milyon manat mənfəətlə çıxmışdı. Bunun səbəbi Neft Fondundan 3 milyard 949 milyon manat transfertlər olmuşdu.
Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri bu il yanvarın 1-nə 22 milyard 68 milyon 979 min manat təşkil edib.
Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,5% azdır.
AMB-nin aktivlərinin 16 milyard 337 milyon 898 min manatını borc qiymətli kağızları (1 il bundan əvvəl olmayıb), 4 milyard 894 milyon 585 min manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 9,2% az), 361 milyon 778 min manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (2,4% az), 310 milyon 867 min. manatını isə banklara verilmiş kreditlər (22,45% az) təşkil edib.
2018-ci ildə AMB-nin cəmi öhdəlikləri 2,8% azalaraq 17 milyard 611 milyon 517 min manat, o cümlədən dövriyyədə olan əsklinaslar və sikkələr 2,75% artaraq 8 milyard 364 milyon 129 min manat, rezident bankların qısamüddətli depozitləri 23% azalaraq 3 milyard 378 milyon 509 min manat, kredit təşkilatları qarşısında öhdəliklər 36,8% artaraq 2 milyard 832 milyon 777 milyon manat, hökumət idarələri qarşısında öhdəliklər 5,7% artaraq 1 milyard 61 milyon 684 min manat, buraxılmış borc qiytmətli kağızlar isə 9,2% artaraq 1 milyard 5 milyon 552 min manat, qurumun cəmi kapitalı isə 1,2% azalaraq 4 milyard 45 milyon 462 min. manat olub.
Ötən il AMB-nin faiz gəlirləri 201 milyon 228 min manat (əvvəlki ilə nisbətən 26,5% çox), faiz xərcləri 301 milyon 45 min manat (6,7% çox), haqq və komissiya gəlirləri 16 milyon 378 min manat (15,9% çox), haqq və komissiya xərcləri 4 milyon 765 min manat (23,1% çox), restrukturizasiya edilmiş kreditlərin ədalətli dəyərdə tanınması üzrə zərəri 3 milyon 8 min manat (89,7% az), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 2 milyon 729 min manat (əvvəlki il gəlir olub), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 47 milyon 370 min manat (əvvəlki il olmayıb), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 23 milyon 492 min manat (əvvəlki il zərər olub), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 11 milyon 394 min manat (əvvəlki il olmayıb), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 52 milyon 334 min manat (74,35% az), qiymətli kağızların dəyərsizləşməsi üzrə zərəri 153 min manat (əvvəlki il olmayıb), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1 milyon 50 min manat (73,7% az), sair əməliyyat gəliri 8 milyon 641 min manat (3,5 dəfə çox), dəyərsizləşmə üzrə gəliri 60 milyon 47 min manat (əvvəlki il xərc olub), inzibati və sair əməliyyat xərcləri isə 66 milyon 110 min manat (2,4% çox) təşkil edib. Son nəticədə qurum 2018-ci ili 60 milyon 316 min manat zərərlə başa vurub. Halbuki, AMB 2017-ci ildən 3 milyard 513 milyon 453 min manat mənfəətlə çıxmışdı.


TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
-
4 saat əvvəl
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
-
5 saat əvvəl
Kreml Rusiya, Azərbaycan və İran prezidentlərinin müzakirə etdiyi məsələnu açıqlayıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
Dolların rəsmi məzənnəsi 1,70 manat səviyyəsində qalır
Ən çox oxunanlar
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb























