Əhali banklara borcunu 113 milyon manat da artırıb
Kredit qoyuluşları istehlak kreditlərinin hesabına artıb
2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda ev təsərrüfatlarına (əhaliyə) verilən kreditlər 112,6 milyon manat artaraq 5 milyard 432.2 milyon manata çatıb.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ev təsərrüfatlarına verilən kreditlərdəki 112,6 milyon manatlıq artımın 26,4 milyon manatı daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər ilə bağlıdır.
31 Mart 2019-cu il tarixində ev təsərrüfatlarına verilən 5 milyard 432.2 milyon manat kreditin 1 milyard 897.3 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Ev təsərrüfatlarına verilən kreditlər 2019-cu ilin Yanvarında 13,3 milyon manat azaldıqdan sonra, Fevralda 61,9 milyon manat, Martda isə 64 milyon manat artıb.
31 Mart 2019-cu il tarixində cəmi kredit qoyuluşları 13 milyard 58 milyon manat təşkil edib. Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 41.6% təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə 2019-cu ilin ilk rübündə cəmi kredit qoyuluşları 37,7 milyon manat artıb.
Kredit qoyuluşları Yanvarda 135,6 milyon manat azaldıqdan sonra Fevralda 89,9 milyon manat, Martda isə 83,4 milyon manat artıb.
Cəmi kredit qoyuluşlarının 1 milyard 558 milyon manatının və ya 11.9%-nin ödəmə vaxtı keçib.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
12 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 13 d. əvvəl
-
14 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 26 d. əvvəl
-
28 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
45 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar


























