Pis kredit tarixçəsini yaxşılaşdırmaq üçün imkan
"Problemli kreditlərin restruktizasiya edilməsi üçün Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin iştirakı ilə vahid kredit müqaviləsi forması hazırlanıb".
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.
"Vahid müqavilə restruktizasiya prosesinin sürətli olmasına imkan verəcək", - deyə o qeyd edib.
Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, yeni və güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanması vətəndaşların kredit tarixçələrinin də tədricən yaxşılaşmasına da imkan yaradacaq: "Əgər restruktizasiyadan sonra vətəndaş vaxtında ödəniş edərsə, bankın ona yönəlmiş bu aktivi yaxşılaşmağa başlayacaq və tədricən problemli siyahıdan çıxaraq borcalan üçün də kreditə əlçatanlıq imkanlarını yaxşılaşdıracaq. Yəni kredit tarixçəsi vətəndaşın ödəniş qabiliyyətini göstərir və ödənişlər barədə bütün məlumatlar ümumi bazada toplanılır.
Tarixçəni yaxşılaşdırmanın yeganə yolu ardıcıl ödəniş etmək və ödəniş qabiliyyətinin yaxşılaşdığını kredit təşkilatlarına sübut etməkdir. Son nəticədə maliyyə qurumları həmin şəxsə yenidən kredit verməkdə maraqlı olacaqlar. Bunun üçün də kifayət qədər imkan mövcuddur. Çünki restruktizasiya nəticəsində yeni kreditlər olduqca yüngül şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Hesab edirik ki, bu şərtlərlə ödəniş etməyə vətəndaşların imkanları var və onlar vaxtında ödəniş edərək kredit tarixçələrini yaxşılaşdıracaqlar".
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
4 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 7 d. əvvəl
- 8 d. əvvəl
-
11 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 12 d. əvvəl
-
13 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 25 d. əvvəl
-
27 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
44 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar


























