“Viator Mikrokredit Azərbaycan” zərərdən mənfəətə keçib
“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 532 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 1 milyon 333 min manat xalis zərərlə çıxmışdı.
Ötən il “Viator Mikrokredit Azərbaycan”ın gəlirləri 1 milyon 466 min manat, o cümlədən faiz gəlirləri 1 milyon 440 min manat, qeyri-faiz gəlirləri 26 min manat, xərcləri 1 milyon 517 min manat, o cümlədən faiz xərcləri 20 min manat, qeyri-faiz xərcləri 1 milyon 497 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 711 min manat, mənfəət vergisi ödəmələri isə 129 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 4 milyon 879 min manat olub ki, bu da illik müqayisədə 6,9% azdır. Bunun 4 milyon 50 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 8% kiçilib.
Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 12,9% azalaraq 3 milyon 976 min manata düşüb, balans kapitalı isə 33,6% artaraq 903 min manata çatıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Renkinq
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 3 d. əvvəl
-
4 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 16 d. əvvəl
-
18 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
35 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
39 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
-
43 d. əvvəl
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası ®
-
47 d. əvvəl
Rabitəbank Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq


























