Kəlbəcərin icra başçısı 250 minlik maşın alır - YENİLƏNİB
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov yeni xidməti avtomobil alır.
Söhbət “Mercedes Benz S 350” markalı maşından gedir.
Bununla bağlı icra hakimiyyəti açıq tender elan edib. Sözügedən tenderin şərtləri rəsmi qəzetlərdən birinin internet versiyasında yayımlanıb.
Əlaqələndirilən şəxs kimi icra hakimiyyətinin sektor müdiri-baş mühasib Zamanov Kazımın adı qeyd olunub.
Qeyd edək ki, 2013-cü ilin martından Kəlbəcərin icra başçısı olan Aqil Məmmədovun istədiyi “Mercedes Benz S 350” markalı avtomobilin satış qiyməti 250 min manat civarındadır.
XXXX
"İŞLƏNMİŞ MAŞIN OLACAQ"
Məsələ ilə bağlı icra hakimiyyətinin mühasibi Kazım Zamonovla əlaqə saxlanıb. O bildirib ki, dövlət büdcəsindən xidməti avtomobil alınması üçün 50-55 min manat vəsait nəzərdə tutulub: “Ola bilər ki, biz 45 minlik də maşın ala bilərik. Bu təbii ki, işlənmiş maşın olacaq. Saytlarda yazıldığı kimi, 250 minlik maşın deyil. Qanunla icra hakimiyyətinin balansında 5 xidməti avtomobil olmalıdır. Bizim hazırda 3 xidməti avtomobilimiz var. Başçının birinci müavininin xidməti avtomobili yoxdur. İndi tender vasitəsilə başçıya maşın alanda, A. Məmmədovun hazırkı avtomobili birinci müavininə veriləcək”.
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
44 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
48 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 50 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı




























