"Bu zavodu tikə bilsək, Azərbaycanı idxaldan azad edə bilərik"
Avropanın toxumçuluq üzrə məşhur araşdırma "BC Institute" şirkəti Azərbaycan şirkəti ilə əməkdaşlığa başlayıb.
İnstitutla "SƏBA" şirkətinin razılaşması əsasında yaradılacaq birgə müəsissə - "SERRA Toxum" şirkəti Azərbaycanı hibrid qarğıdalı toxumu ilə tam təmin edə biləcək.
“Bu ilin aprelində biz Azərbaycanda ilk dəfə olaraq hibrid toxum əldə etmək məqsədilə "BC İnstitute" şirkətindən alınan “ana” və “ata” qarğıdalı sortlarının toxumlarını sınaq üçün "Səba"-nın Kürdəmir ərazisindəki sahələrində əkdik. Hazırda tarlalarımızda gözləyimizdən də artıq məhsul müşahidə edirik. Sentyabrda biçindən əldə edəcəyimiz hibrid toxum növbəti əkin mövsümündə "Səba"-nı qarğıdalı toxumu ilə təmin etməyə yetəcək” – "BC İnstitute"un Yaxın Şərq üzrə Regional rəhbəri və “Serra Toxum"un direktoru Səfa Vartanlı belə deyib və qeyd edib ki, "BC İnstitute"un dünyanın 21 ölkəsində nümayəndəliyi və partnyorları mövcuddur.
Səfa Vartanlı əkilən soya toxumlarının da bol məhsul verdiyini və "SƏBA"-nı gələn əkin ili üçün bu orijinal toxumun idxalından azad etdiyini vurğulayıb.
“Yaxşı məhsuldar hibrid toxumları əkinçilər məşhur toxumçuluq şirkətlərindən almaq məcburiyyətində qalırlar. Çünki hibrid toxum hər bitkidə olmur və hibrid sortların alınması ilə xüsusi şirkətlər məşğul olur. "BC INSTITUTE" bu cəhətdə təkcə Avropanın deyil, dünyanın öndə gedən elmi-tədqiqat institutlarındandır. Bizim Kürdəmirdə əkdiyimiz ana və ata sortların sahədə çarpazlaşdırılıb, hibrid sortun alınmasında da bu institutun mütəxəssisləri bizə yardım göstəriblər” – "SƏBA"-nın təmsilçisi bildirib və əlavə edib ki, növbəti ildə Ağsu rayonunda yerləşən sahələrinin hesabına əkinlər artırılacaq.
“Bilirsiniz ki, bizim başladığımız fəaliyyət Azərbaycanda hibrid qarğıdalı və orijinal soya toxumu əldə etmək istiqamətində atılmış ilk addımdır və bu sahədə ölkəmizdə təkik. Lakin biz məhsul becərməklə kifayətlənmirik. Ağsuda hibrid kompleks toxum emalı zavodu, toxum saxlanması üçün anbarlar və toxum qablaşdırma xətti də tikməyi qarşımıza məqsəd qoymuşuq. Azərbaycanda hibrid qarğıdalı və soya toxumu emalı müəssisəsi və sertifikatlaşdırılmış toxum qablaşdırma xətti yoxdur. Bu məqsədimizi reallaşdırsaq, biz nəinki Azərbaycanı təmin edib, idxaldan azad edə, hətta ixrac üçün də məhsul çatdıra bilərik" - Səfa Vartanlı deyib.
"SƏBA 2013-cü ildən etibarən öz sahələrində dünyanın məşhur toxum istehsalçısı "Pioneer” şirkətinin hibrid toxumunu əkirdi. Lakin bu il biz hibrid toxum əldə etmək məqsədilə gətirdiyimiz ana və ata qarğıdalı toxum sortları ilə yanaşı, "Qarabağ Taxıl”-ın əkin sahələrində yetişdirmək üçün hibrid qarğıdalı toxumlarını da BC Institute-dan almışıq və builki biçinimizdə bu məhsulu gözləyirik. Gələn ildən başlayaraq, biz artıq “SƏBA" sahələrində özümüzün becərib əldə etdiyimiz toxumlardan istifadə edəcəyik” – “SƏBA” nümayəndəsi əminliklə bildirib.
“Öz toxumlarımızı özümüzün istehsal etməyimiz daha bir səbəbdən vacibdir – ölkəmizin qanunvericiliyi GMO - geni modifikasiya olunmuş bitkilərin yetişdirilməsini qadağan edir. Toxumları Azərbaycanda yetişdirməklə, fermer becərdiyi məhsulun keyfiyyətinə və mənşəyinə tamamilə əmin olacaq. Açıq sahədə, ənənəvi çarpazlaşdırma – calaq üsulu ilə alınan hibrid toxumların yetişdirilməsini fermerlər özləri bizim tarlalarımızda müşahidə edə biləcəklər” – "SƏBA” nümayəndəsi qeyd edib.
“Səba” qida sektorunun quş əti və süd məhsulları istehsalı kimi vacib sahələrində tanınmış brendə sahib olmaqla yanaşı, 7-ci ildir ki,əkinçiliklə məşğuldur. Ölkədə ilk iri taxılçılıq təsərrüfatı - “Qarabağ Taxıl”ın sahələrində növbəli əkinçiliklə qarğıdalı, soya, buğda yetişdirir. Bu bitkilərdən hazırlanmış yemlə “SƏBA” quşçuluq müəssisəsində bəslənən quşların yemə olan tələbatı tam ödənir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 17 d. əvvəl
- 23 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycanla Böyük Britaniya arasında Anlaşma - Birgə İşçi Qrupu yaradılacaq
-
1 saat əvvəl
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
1 saat əvvəl
DeepSeek maliyyələşmə raundunu 15 milyard dollara qədər artırmağı nəzərdən keçirir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
-
2 saat əvvəl
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















