Nazirdən tənqid: "Ölüm avtomobili" istehsal etməyin
İranın Səhiyyə naziri Səid Nemeki, ölkəsindəki avtomobil istehsalçıları tərəfindən istehsal olunan avtomobilləri "ölüm avtomobili" kimi qiymətləndirib.
"Marja" İranlı Tələbələr İnformasiya Agentliyi ISNA-ya istinadən xəbər verir ki, İranın Səhiyyə naziri Nemeki, Kirman əyalətində Müalicə Təhsil Mərkəzinin açılış mərasimində etdiyi çıxışında, ölkədəki yol qəzalarındakı ölüm hallarının yüksəkliyinə diqqəti çəkib.
Ölkə daxilindəki yol qəzalarında ildə 16 mindən çox adamın öldüyünü bildirən Nemeki, qəzaların qarşısını alacaq tədbirlərin əvvəlcədən görülməsinin vacib olduğunu bildirib.
İrandakı avtomobil istehsalçıları tərəfindən istehsal olunan avtomobillərin təhlükəsiz olmadığını bildirən Nemeki,"Yol qəzalarını qarşısını almaq üçün həm xalqı marifləndirməliyik, həm də avtomobil istehsalçılarını, "ölüm maşınları" istehsal etməyi bir kənara qoyaraq "avtomobil" istehsal etməyə məcbur etməliyik" deyib.
İran Polis İdarəsinin məlumatına görə, 2017-ci ildə ölkədəki yol qəzalarında 16 mindən çox adam ölüb.
Ölkədə ən iri avtomobil istehsalçıları "İran Khodro" və "Saipa" şirkətləridir. "İran Khodro" Azərbaycanın "Azərmaş" şirkətilə birgə Neftçalada "Khazar" markalı avtomobillər istehsal edir.
Avropanın avtomobil istehsalçıları Peugeot, Renault və Citroen kimi şirkətlər, ABŞ sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
43 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
47 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı






























