Dövlət Xidməti: Sərnişinlər qohum iddiası ilə işbazları müdafiə edirlər
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sərnişinlərə müraciət edib.
DANX-dən bildirilib ki, Bakı-Lerik istiqamətində hərəkət edən və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini Nizami Mustafayevə məxsus “Mercedes Vito” markalı avtonəqliyyat vasitəsi bu gün səhər saatlarında Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 8 nəfər dünyasını dəyişib və bunlardan 3-ü azyaşlıdır. Dəfələrlə sərnişinlərə müntəzəm qanuni daşımalardan istifadə edərək ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də, təəssüflər olsun ki, mənzil başına daha tez çatmaq bəhanəsi ilə bu cür qeyri-qanuni daşımalardan istifadə edilir. Qeyri-qanuni daşımalara qarşı Dövlət Yol Polisi ilə birgə keçirilən monitorinqlər vaxtı qanunsuz mikroavtobuslar təsbit edilərkən sərnişinlərin bu cür işbazları müdafiə edərək qohum olduqlarını iddia etmələri nəticəsində arzuolunmaz bu cür hallarla müşayiət olunur.
Respublikanın sərnişin axını sıx müşayiət edilən bütün avtovağzallarından mövsümlə əlaqədar olaraq avtobusların sayı artırıldığı üçün sərnişinlər heç bir problem olmadan qanuni daşımalarla səfərlərini daha təhlükəsiz başa vura bilər. Sərnişindaşıma üçün standartlara cavab verməyən mikroavtobuslar qəza zamanı ciddi deformasiyaya uğrayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
44 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
48 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 50 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı




























