Beynəlxalq Bank yüksək mükafata layiq görüldü - SƏDRİNDƏN AÇIQLAMA
(®) Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “Euromoney” jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib.
Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi “Award of Excellence” mükafatının təntənəli təqdimatı mərasimində açıqlanıb.
Müxtəlif kateqoriyalar üzrə “İlin bankı” mükafatı ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə, tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinə görə layiq görülüb.
1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu il fəaliyyətinin 50 illiyini qeyd edən “Euromoney” jurnalının mükafatı maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: “Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə, bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq”.
Abbas İbrahimov onu da əlavə edib ki, bankın yeni fəaliyyət strategiyasının icrası ərəfəsində belə bir yüksək mükafata layiq görülməsi xüsusilə mühüm əhəmiyyət daşıyır: “Belə bir qiymət yeni strateji layihələrimizin yüksək ruhla həyata keçirilməsi üçün böyük motivasiya yaradır. Müştərilərimiz bunu yenilənən xidmət ofislərimizdə, onların məmnuniyyətini qazanmaq üçün getdikcə yüksələn xidmət standartlarımızda, məhsul və xidmətlərimizin sərfəli üstünlüklərində hiss edəcək, bizi seçməkdən hər zaman qazanacaqlar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
22 d. sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 25 d. əvvəl
-
29 d. əvvəl
SOCAR ABŞ-nin qaz yataqlarında pay sahibi oldu – 1,65 milyard dollarlıq müqavilə
-
57 d. əvvəl
İlk qaliblərə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə edilib!
-
14 saat əvvəl
Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
-
14 saat əvvəl
Bakıda Böyükşor gölünün ətrafı dəyişəcək - Ərəb şirkəti inkişaf planını açıqladı
-
15 saat əvvəl
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Azərbaycanda Google Ads Google Ads Sales Representative: yerli təcrübə və biznes üçün yeni imkanlar





























