Azərbaycan Moskvadakı sərgi mərkəzində təmir işlərinə 1,8 milyon manat yönəldəcək
İqtisadiyyat Nazirliyi Ümumrusiya Sərgi Mərkəzi ərazisindəki Azərbaycan sərgi-ticarət mərkəzində əlavə təmir-bərpa işlərinin həyata keçirilməsinə 1,8 milyon manat yönəldəcək.
"Marja" xəbər verir ki, “Dövlət satınalmalarının vahid elektron portalı”nda verilən məlumata görə, "Adamant" şirkəti ilə müvafiq müqavilə imzalanıb.
“Adamant” - Rusiyanın ən böyük çoxprofilli holdinqlərindən biri, Sankt-Peterburqda daşınmaz əmlak bazarının lideri və regionda müasir ticarət və əyləncə komplekslərinin faktiki yaradıcısıdır. Holdinqin strukturuna onlarla istehsal və tikinti şirkəti, ticarət, tibb, reklam təşkilatları, otellər, restoranlar və müxtəlif biznes sahələrində fəaliyyət göstərən digər müəssisələr daxildir.
Daha əvvəl prezident İlham Əliyev bildirmişdi ki, Ümumrusiya Sərgi Mərkəzi ərazisində Azərbaycan pavilyonu 2019-cu ildə açılacaq.
14 nömrəli pavilyon (“Azərbaycan SSR” pavilyonu) 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynovun layihəsi əsasında inşa edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
13 d. əvvəl
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
- 40 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
-
1 saat əvvəl
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
-
1 saat əvvəl
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
-
1 saat əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
-
2 saat əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Ən çox oxunanlar
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib























