Volkswagen 2019-un ilk yarısına dair maliyyə nəticələrini elan edib
Şirkət, ilin ilk 6 ayında 2018-in eyni dövrü ilə müqayisədə vergidən əvvəlki mənfəətini 6,5 faiz artıraraq 9,6 milyard avroya qaldırıb.
Tərkibində Volkswagen, Audi, Bugatti, Seat, Skoda və Porsche markaları olan və mərkəzi Wolfsburgda yerləşən Volkswagen Qrupu, ilin ilk yarısına dair maliyyə nəticələrini elan edib.
"Marja" xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı Volkswagen Qrupu, 2019-cu ilin ilk yarısında 2018-in eyni dövrü ilə müqayisədə 4,9 faiz artımla 125,2 milyard avro gəlir əldə edib. İlk 6 ayda şirkətin vergidən əvvəlki mənfəəti isə 6,5 faiz artımla 9,6 milyard avro təşkil edib.
Volkswagen Qrupu ötən ilin ilk 6 ayında 119,4 milyard avro gəlir əldə etmişdi.
Qlobal avtomobil sektorundakı çətin şəraitə görə Volkswagen-in satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 5,4 milyon avtomobilə düşüb. Avtomobil satışının azalmasına qarşı gəlir və mənfəətin artması diqqəti çəkir.
İdman avtomobillərə olan tələbatın artması və dizel qalmaqalı üçün daha az vəsaitin ayrılması şirkətin maliyyə göstəricilərinə müsbət təsir edib.
Almaniya şirkəti bu il gəlirlərinin 5 faiz artacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 13 d. əvvəl
-
17 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 39 d. əvvəl
-
50 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”



























