Azərbaycanda yeni "Peugeot" modeli istehsal olunacaq - QİYMƏTİ
Neftçala sənaye məhəlləsində yeni “Peugeot 207” modelinin istehsalına hazırlıq işləri gedir.
Bu barədə “Azərmaş” şirkətindən bildiriblər.
Mənbənnin məlumatına görə, yeni modelin istehsalı yaxın aylarda başlayacaq:
“Avtomat ötürücülər qutusu ilə təchiz olunacaq “Peugeot 207” avtomobilinin qiyməti 17 500 manat təşkil edəcək. Paralel olaraq, Neftçala sənaye məhəlləsində istehsal olunan “Khazar SD” minik avtomobillərinin ixracına hazırlıqlar gedir”.
Şirkətdən bildiriblər ki, ixrac Rusiya bazarına planlaşdırılır, hazırda tərəflər detallarla əlaqədar danışıqlar aparır.
O da qeyd olunub ki, bu ilin əvvəlində Neftçala sənaye məhəlləsində yığılmış “Peugeot 407” modeli daxili bazarda satışa çıxarılıb.
Xatırladaq ki, “Azərmaş” zavodu 2018-ci il martında 29-da açılıb. Zavodun təsisçiləri İranın “Iran Khodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir.
2018-ci ildə zavodda mindən çox “Khazar” markalı avtomobil istehsal olunub və onlardan 95 faizi satılıb. Bu il 3 min avtomobilin istehsalı planlaşdırılır.
“Khazar LD” modelinin qiyməti 18 min manat, “Khazar SD” modelinin qiyməti isə 16 min manat təşkil edir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 d. əvvəl
-
18 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 40 d. əvvəl
-
51 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”



























