6 ayda 112 minə yaxın "kupça" alınıb
Statistik məlumatlara əsasən, 2019-cu ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 112 minə yaxın olub.
Əmlak Məsələləri Dövlət Komitəsindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6.1% artım deməkdir.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 21 minə yaxını fərdi yaşayış və bağ evi, 29 min 200-ə yaxını mənzil, 57 minə yaxını torpaq sahəsi, 2 min 200-ə yaxını qeyri-yaşayış binası, 2 min 500-dən çoxu qeyri-yaşayış sahəsi, 500-ə yaxını əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 21-ni isə çoxillik əkmələr təşkil etmişdir.
İlkin qeydiyyatın 35.55%-i Bakı şəhərinin, qalanı isə regionların payına düşür. Qeyd edilməlidir ki, ilkin qeydiyyat ötən ilin eyni dövri ilə müqayisədə 3.2% faiz artmışdır.
Bundan başqa 2019-cu ilin 6 ayı ərzində ölkə üzrə 9141 mənzil özəlləşdirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30.4%-ə yaxın artmışdır. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 570 mindən çox mənzil özəlləşdirilmişdir.
“Eyni zamanda qeyd edilməlidir ki, hazırda 50 mindən artıq elektron çıxarış hazırlanıb. ”Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində ölkə üzrə istismarına icazə verilən 88 binanın ünvanlarında bilavasitə qeydiyyat xidmətləri göstərilib. Həmin binalarda yerləşən 5 minə yaxın mənzilin çıxarışı hazırlanıb. Həmçinin 9 minə yaxın sənəd qəbul edilib. Qəbul edilən sənədlər hazırda icra mərhələsindədir.
Qeyd edilməliidr ki, İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir.
Bundan başqa təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə yanvar-iyun ayları ərzində vətəndaşlardan 40 minə yaxın müraciət qəbul olunub”,- Komitənin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 d. əvvəl
-
33 d. əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
2 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
2 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
ABB partnyorları ilə görüş ®
Ən çox oxunanlar
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®


























