“Bal satışı ilə bağlı çətinliklərimiz vardı, KOBİA həlli etdi" - “Kercom” şirkətinin direktoru
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarın bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı müraciəti öz müsbət həllini tapıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, “Kercom” MMC-nin müraciəti əsasında şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyi ilə həll edilib və artıq şirkətin məhsulları ticarət şəbəkəsində satışdadır.
“Bal məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı çətinliklərimiz vardı. KOBİA-nın müraciətimizə operativ yanaşması nəticəsində məsələ öz müsbət həllini tapdı. Artıq məhsullarımız ticarət şəbəkəsində satışdadır. Bundan sonra da Agentliklə yaxından əməkdaşlıq edəcəyik” - deyə “Kercom” MMC-nin icraçı direktoru Cavid Kərimov bildirib.
Qeyd edək ki, KOBİA sahibkarlardan daxil olan müxtəlif müraciətlərin dövlət-özəl əməkdaşlığı çərçivəsində həll edilməsinə dəstək göstərir. Agentlik mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin innovativ üsullarla idarə edilməsi və genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqlarının qorunması istiqamətlərində dəstək olur. Ölkə regionları üzrə bu dəstək KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 5 d. əvvəl
-
-
11 d. əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 43 d. əvvəl
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Ən çox oxunanlar
Sement ixracında 20%-lik geriləmə
ABB partnyorları ilə görüş ®
AccessBank QSC Cyberark PAM tenderi elan edir

























