"Bankımızın təklif etdiyi yeni nəsil kassa aparatları bizneslər üçün sərfəli həldir" - MÜSAHİBƏ
"SMART KASSA yeni nəsil kassa aparatları vasitəsilə sahibkarlar fəaliyyətlərini optimallaşdıra biləcək"
PAŞA Bankın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucovla müsahibə.
-Hal-hazırda Azərbaycanda nağdsız ödənişlər seqmentinin inkişafında hansı əsas meylləri müşahidə edirsiniz? Bu prosesdə dövlət qurumları və özəl bankların rolu nədir?
- Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda nağdsız ödənişlərin həcmi artır, bir əməliyyatın orta məbləği isə azalır. Bu isə o deməkdir ki, ödəniş kartları cəmiyyətin gündəlik həyatına daxil olur, bu isə nağdsız dövriyyədə artımın əyani göstəricisidir. Xüsusilə, böyük və orta ticarət məntəqələrində plastik kart vasitəsilə dövriyyə həcmi son bir neçə ildə əhəmiyyətli dərəcədə artıb. Bu meyllər şəffaflığın artması və iqtisadiyyatda “ağarma” proseslərini də əks etdirir.
Ölkədə nağdsız ödənişlərin inkişafı üçün əsas şərt iqtisadi islahatların uğurla həyata keçirilməsi və iqtisadiyyatın bir çox sahələrində maksimal şəffaflığın təmin olunmasıdır. Belə ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin son təşəbbüsləri iqtisadiyyatın özəl sektorunda çalışan şirkət və müəssisələrinin fəaliyyətinin şəffaf, nağdsız hesablaşmaya keçməsinə təkan verdi, bunu həmin qurumların 2018-ci il üçün hesabatlarında əyani olaraq görmək olar. Bazar tənzimləyiciləri olan Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyəti də ölkədə nağdsız dövriyyənin artmasına güclü təsir edib. Ölkənin aparıcı maliyyə qurumlarından biri olaraq biz iqtisadiyyatın real sektoru ilə sıx əlaqədəyik, Azərbaycanda bu gün nağdsız dövriyyənin gələcəkdə dəfələrlə artırılması üçün olduqca əlverişli şəraitin yarandığını görürük.
Ölkədə fəaliyyət göstərən özəl banklar da, öz növbəsində, müştərilərinin nağdsız ödəniş vasitələrindən daha çox istifadə etməyə təşviq edilməsində fəal iştirak edir. Qabaqcıl texnologiyalardan istifadə edərək və ödəniş sistemlərinin funksionalını təkmilləşdirərək bazar oyunçuları mobil tətbiqləri hazırlayır və onları müasirləşdirir, təşviqedici tədbirlər görür, POS-terminal şəbəkələrini genişləndirir və s. Sözsüz ki, bu prosesin bütün iştirakçılarının diqqətini tələb edən hələ çox hüquqi məsələlər var. Bu məsələlər bazar tənzimləyiciləri ilə birlikdə öz həllini tapmaqdadır.
- Vergilər Nazirliyinin yeni nəsil kassa aparatlarının tətbiqi üzrə təşəbbüsünün həyata keçirilməsi ilə bazarda nə kimi dəyişikliklər gözləyirsiniz? PAŞA Bank öz müştəriləri üçün hansı həlləri təklif edəcək?
- Nağdsız ödənişlərin inkişaf etdirilməsi yeni nəsil kassa aparatlarının quraşdırılmasını nəzərdə tutan vergi islahatları və tənzimləyicinin tələbləri ilə əlaqəlidir. Yeni kassalar vasitəsilə ticarət nöqtəsində həyata keçirilən istənilən əməliyyat haqqında məlumatın tənzimləyicinin bazalarında dərhal əks etdirilməsi nəzərdə tutulur. Bu, quruma ticarət obyektinin dövriyyəsini təhlil etməyə və bununla vergilərdən yayınma hallarını azaltmağa imkan verəcək. Bazarda yeni nəsil kassa aparatlarının tətbiqi ilə əməliyyatların şəffaflığı artacaq, bu isə sahibkarlar üçün vergi yoxlamalarının sayının azalmasına yol aça bilər.
Qanunvericilik səviyyəsində yeni tələbləri nəzərə alaraq PAŞA Bank tərəfdaşı ilə birlikdə bazarda SMART KASSA yeni nəsil kassa aparatını təqdim edir. Aparat özündə onlayn-kassa, POS-terminal, qəbzin çap edilməsi funksiyasını birləşdirir və Vergilər Nazirliyinin gələcəkdə qüvvəyə minəcək bütün tələblərinə cavab verir.
Planlaşdırılan əməliyyatların həcmini nəzərə alaraq PAŞA Bank avadanlığın ödənişsiz əsaslarla təqdim olunması imkanınadək hədəf müştərilər üçün güzəştli şərtlərlə nəzarət-kassa aparatları təklif edir.
- Tətbiq etməyi planlaşdırdığınız yeni nəsil kassa aparatlarının nə kimi üstünlükləri və xüsusiyyətləri var?
PAŞA Bankın SMART KASSA yeni nəsil kassa aparatının əsas üstünlüyü eyni zamanda mərkəzləşdirilmiş məlumat bazasına qoşulan fiskal qeydçi olmasıdır. Bu qurğu həm nağd ödənişlər üçün kassa aparatı kimi, həm də istənilən bankların kartlarını ödəniş üçün qəbul edəcək POS-terminal kimi istifadə oluna bilər. Yəni, iki və ya üç aparat yerinə bir kompakt həll kifayətdir. Plastik kartlardan komissiyalar adi POS-terminaldakı kimi tutulacaq. Qurğunun digər bir üstünlüyü sahibkarların bizneslərini vergi yoxlamaları barədə narahat olmadan aparması imkanıdır. Sistemə daxil olan pul dövriyyələri barədə məlumatlar informasiyanı məsafədən təhlil etməyə imkan verəcək.
SMART KASSA hazırlayan zaman Türkiyə və Rusiya kimi ölkələrin təcrübəsindən yararlanmışıq. Bu qurğu kiçik və orta biznes üçün əvəzsiz vasitəyə çevriləcək. PAŞA Bankın təklif etdiyi yeni nəsil nəzarət-kassa aparatları məhsul və xidmət obyektləri üçün (kiçik mağazalar, ictimai iaşə məntəqələri və s.) tam uyğundur, həmçinin SİM kart və ya Wi-Fi rabitəsi vasitəsilə fəaliyyət göstərdiyi üçün kuryer xidmətləri və səyyar ticarət müəssisələri üçün sərfəli həldir.
Bundan əlavə, aparat adi POS-terminal kimi də işlədiyi üçün yeni nəsil qurğularını əldə etmək üçün elə indi müraciət etmək olar. Vergi qanunvericiliyində dəyişikliklər qüvvəyə mindiyi andan bütün SMART KASSA modulları avtomatik şəkildə işə salınacaq.
İlin sonuna doğru bu qurğularda xüsusi sistemləri işə salmağı planlaşdırırıq. Bu sistemlərdə sahibkarlar anbar və mühasibat uçotunu apara biləcək, bu isə aylıq və rüblük hesabatların tərtib olunmasına ayrılan vaxta qənaət etməyə imkan verəcək. Bir sözlə, SMART KASSA yeni nəsil kassa aparatları vasitəsilə sahibkarlar aparılan əməliyyatların uçotu sisteminə nəzarəti əhəmiyyətli dərəcədə təkmilləşdirə və xərcləri optimallaşdıra biləcək.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
5 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO





















