"Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir iş görmür"
Bərdənin Mustafaağalı kəndində sakinlər qrunt sularının qaynamasından şikayətlənirlər. Buna da səbəb sovetlər dövründə qurulmuş yeraltı drenaj sisteminin mühafizə olunmaması, kortəbii şəkildə həmin qurğuların məhv edilməsi olub.
Bununla yanaşı, qrunt sularını axıdacaq kanallar da təmizlənmir. Bu barədə danışan kənd sakinləri durumu izah ediblər.
Kənd sakini Əsli Muradova istifadəsində olan 7 ha torpaq sahəsini əkib-becərə bilmədiyini deyir: "İldən-ilə torpağımızın içərisində qaynayan qrunt suyu bir az da artır. Nə əkiriksə, xeyrini görmürük. Ötən illər pambıq əkirdik. Traktor pambıq kollarını becərmək üçün sahəyə daxil olanda batıb, orada qalırdı. Yığımında da belə olurdu. Bu il daha yüngül texnikadan istifadə edərək, ümid bağlayırdıq ki, yonca becərməklə, bəlkə, torpağımızdan istifadə edə bilərik. Ancaq yenə də səpdiyimiz yonca toxumundan bəhrə görmədik. Mart ayında 2000 manat pul verib, yonca toxumu səpmişdik, torpağa. İndi o toxumdan heç nə qalmayıb. Yonca yoxdur. Sahəni şor torpaqda bitən ot-ələf basıb".
Şəhid anası Əsli Muradova Bərdədə yerləşən Qarabağ Meşə Meliorasiya İdarəsinə müraciət etsə də, problemin həlli üçün addım atılmayıb.
"Bizim sahələrdə qrunt sularının artması şor kanallarının təmizlənməsi, drenaj quyularının bərpası istiqamətində işlərin görülməməsi ilə bağlıdır. Müraciət etdiyim idarədən gəlib sahəni gəzib, gediblər. Sonra da bir məktub göndəriblər ki, sizin torpağın ərazisində qaynayan qrunt suyunun drenaj kanallarıyla heç bir əlaqəsi yoxdur. Belədirsə, əvvəllər niyə bu problem olmayıb? Ona görə ki, qabaqlar drenaj kanallarında vaxtlı-vaxtında təmizləmə işləri aparılır, qulluq göstərilirdi. İndi isə bu kanalların qarşısını torpaqla doldurub, qrunt sularının axımına mane olmaqla nasoslar vasitəsilə suvarma işləri aparırlar. Belə kortəbii hərəkətlər isə məhsuldar torpaqların məhvinə səbəb olur", - deyə Ə.Muradova bildirib.
Kənd sakini Zabil Mehrəliyev də qrunt sularının qaynamasından zərər çəkib: "Belə getsə, bir neçə ildən sonra istifadə etdiyimiz torpağımız əkinə yaramayacaq. İldən-ilə problem dərinləşir. Meliorasiya və Su Təsərrüfatı İdarələri isə heç bir iş görmürlər. Seyrçi mövqe nümayiş etdirirlər. Müraciətlərə cavabları problemin məsuliyyətindən yayınmaqdır. 100-150 metrlik kanalda təmizləmə aparmaqla hesab edirlər ki, üzərlərinə düşən işi görüblər. Ancaq drenaj kanallar şəbəkəsi həmin 100-150 metrlik kanaldan ibarət deyil. Bütünlüklə kanallar təmizlənməlidir. Meliorasiya tələblərinə uyğun zəruri tədbirlər görülsə, heç şübhəsiz ki, qrunt suları qaynamaz".
Digər kənd sakinləri Maarif Seyidov, Zaur Musayev, Azər Mehrəliyev də kanalların təmizlənmədiyini, nəticədə qrunt sularının onların təsərrüfatlarına ziyan vurduğunu bildiriblər.
Ekoloq alim, "Ekoloji İnformasiya" İB-nin sədr müavini Xosrov Musayev hazırda qrunt sularının torpağın səthinə çıxmasını torpaqların şoranlaşması üçün ciddi təhlükə adlandırıb: "İldən-ilə bu problem genişlənir. Heç şübhəsiz ki, bu da drenaj kanalları və yeraltı drenaj quyularının sıradan çıxması ilə bağlıdır. Drenaj kanalları təmizlənmədiyindən qrunt suları üst qatdan aşağı doğru sorulub axa bilmir. Suvarma suları torpağa düşdükdə isə özünə yol tapa bilməyən qrunt suyu qaynamağa başlayır. Tərkibi duzlu olduğuna görə torpaqların da şorlaşması baş verir. Bu da tədricən yararlı torpaqların sıradan çıxmasına səbəb olur".
Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Anar Rzayev isə drenaj kanallarının dərin olduğunu, ona görə də təmizlənməsinə ehtiyac olmadığını deyir. O, ərazidə qaynayan suların drenaj kanalları ilə hər hansı bir bağlılığının olmadığı qənaətindədir.
Ümid edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-də yaranmış vəziyyət nəzarətə götürüləcək. Fermerlərə düşdükləri çətin vəziyyətdən çıxmaq üçün əməli yardımlar göstəriləcək. Ərazidəki drenaj sisteminin yenidən qurulması minlərlə hektar torpağın şoran səhralığa çevrilməsinin qarşısını alacaq. Nəticədə isə həm fermerlər, həm də ölkə iqtisadiyyatı qazanacaq.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Sputnik-Azərbaycan"
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
19 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
20 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
21 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
21 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
21 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 21 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®


























