Kredit borcunu ciddi azaltmaq imkanında son bir neçə gün - UNİBANKDAN ÇAĞIRIŞ
Restrukturizasiya prosesinin bitməsinə bir neçə gün qalıb. “Unibank”da prosesin gedişi ilə bağlı son vəziyyət haqda suallarımızı Bankın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov cavablandırıb.
- Restrukturizasiya prosesinin başa çatmasına bir neçə gün qalıb. “Unibank”da bu istiqamətdə işlər necə gedir?
- “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının ikinci mərhələsinin icrası Unibank tərəfindən davam etdirilir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 35 milyon manatı ötüb.
Prosesi vaxtında və keyfiyyətlə icra etmək üçün bankımızın bir sıra filialları hətta şənbə-bazar günləri də müştərilərə xidmət edir. Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən fərman qüvvəyə minən tarixədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Müştərilərin restrukturizasiya ediləcək kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır. Fərmanda nəzərdə tutulduğu kimi kredit illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə rəsmiləşdirilir.Yeni kredit müqaviləsinə görə, birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində çox kiçik məbləğ edir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Prosesin müştəriyə verdiyi əsas üstünlük, onun aylıq ödənişlərinin minimuma salınmasıdır. Proses başlayan kimi müştərinin krediti üzrə məhkəmə işi və kredit üzrə müştərinin əmək haqqı və ya pensiyasından tutulmalar dayandırılır. İlk 1 il müştəri qalıq kredit borcundan asılı olaraq cüzi məbləğ ödəyir. Hətta restrukturizasiya müqaviləsi imzalamış bir sıra Unibank müştərilərinin nümunəsində deyə bilərəm ki, ilk bir ilin ödənişi 40-50 qəpik belə təşkil edir.
- Restrukturizasiya prosesi müştəriyə daha hansı üstünlükləri verir?
-Restrukturizasiya prosesinin müştəriyə verdiyi üstünlük təbii ki, təkcə aylıq ödənişin 3-4 dəfə azalması ilə bitmir. Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir ki, bu də müştərinin ümumi borcunun ciddi şəkildə azalmasına səbəb olur. Ən əsas üstünlük isə müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsinin formalaşmasıdır. Fərmanın ikinci mərhələsinin əhatə etdiyi şəxslər bir ildən artıq gecikməsi olan müştərilər olduğundan, onlar yenidən kredit götürə bilmirdilər. Restrukturizasiya müqaviləsindən sonra isə müştərilərin kredit tarixçəsi tamamilə təmizləndiyi üçün yenidən kredit götürmək imkanı yaranır.
-30 dekabr 2019-cu il vətəndaşların restrukturizasiya müraciətlərinin qəbulunun son günüdür. Amma hələ də bu fürsətdən istifadə etməyən müştərilər var.
-Bəli, prosesin yekunlaşmasına 1 həftədən də az müddət qalıb. Biz çalışdıq ki bütün vasitələrlə müştəriləri məlumatlandıraq. Amma bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən, ötən müddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq bir qədər çətin olur. Ona görə SMS, zəng çatmayan, Fərmana əsasən restrukturizasiyaya aid olan və borcunu hələ də restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza müraciət edərək, restrukturizasiya müqaviləsini imzalasınlar. Bəzən isə Bank əməkdaşının restrukturizasiya müqaviləsini imzalamaq üçün zənginə müsbət cavab verməyən müştərilər də olur. Onlara da demək istəyirəm ki, Cənab Prezidentin onlar üçün yaratdığı bu xüsusi imkandan istifadə etmək üçün tələssinlər. Restrukturizasiya müqaviləsi imzalamayan müştərilər gələn il öz kreditlərini əvvəlki şərtlərlə ödəmək məcburiyyətində qalacaqlar. Adının restrukturizasiya siyahısında olub-olmamasını yoxlamaq istəyən müştərilər şəxsiyyət vəsiqələri ilə onlara yaxın Unibank filialına yaxınlaşaraq, bunu dəqiqləşdirə bilərlər. Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində, “Dərnəgül” və “Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Odur ki, fərmanın əhatə etdiyi qalan bütün müştərilərimizi dekabrın 30-dək Unibank filiallarında gözləyirik.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
5 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
5 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
6 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib





















