Arıçılara ilk dəfə təmiz qanlı ana arılar veriləcək
Bu ilin mart ayında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində əldə olunan süni mayalanmış təmiz qanlı ana arılar ilk dəfə olaraq arıçılara veriləcək.
Bundan başqa mərkəzdə üzərlərində elmi tədqiqatlar aparılan arı ailələri üçün 3 hektar ərazidə yeni badam bağı salınır.
Hazırda Mərkəz respublikamızda təmiz qanlı Bozdağ Qafqaz arısının qorunması və genofondunun yaradılması üzərində çalışır. Mərkəzin süni mayalandırma laboratoriyasında 2017-ci ildən türkiyəli alimlərlə birgə aparılmış tədqiqatlar nəticəsində süni döllənmiş 30 ədəd təmiz qanlı Bozdağ Qafqaz ana arısı alınıb. Məhsuldarlığı ilə seçilən bu ana arıların razılaşma yolu ilə mart ayından fermerlərə verilməsi nəzərdə tutulur.
Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov bildirib ki, bundan sonra istənilən fermer, yaxud təsərrüfat sahibi elektron qaydada Arıçılıq Mərkəzindən süni yolla mayalanmış arılar əldə edə biləcək. Adi arı ailələri 10-15 kiloqram bal verdiyi halda süni mayalanmış ana arılarda bu göstərici 2 dəfə yüksək olacaq. Məhz bu yolla bir arı ailəsindən 50 kiloqram bal götürmək mümkündür. Bu, həm təcrübədə özünü doğruldub, həm də böyük perspektivi var.
Mərkəzdə 2017-ci ildə arıların erkən nektara olan tələbatını ödəmək üçün 1 hektar ərazidə razmalin, 3 hektarda Türkiyədən gətirilən Lavanda və 1 hektarda Çin mənşəli tut ağacları əkilib. Ötən ilin dekabrından isə 3 hektar ərazidə 1100 ədəd badam bağı salınıb. Yaxın vaxtlarda burada arı üçün yaxşı yem bazası olan yonca, qızılgül kolları da basdırılacaq.
Allahverdi Seyidov qeyd edib ki, bir hektar badam bağından ağacların sıxlığına görə 50-150 kiloqram bal götürmək mümkündür. Badam suvarmaya çox da meyilli bitki deyil. Bu ağaclar Günəşi daha çox sevirlər. Ona görə də hətta quraq, küləkli iqlimlərdə badam bağları yaxşı nəticə verir. Bu ağacların digər üstünlüyü odur ki, onlardan yüksək çiçək tozu alınır. Damazlıq işinin təşkilində çox yüksək təsir edir.
Qeyd edək ki, Mərkəzdə 200 təmiz qanlı Bozdağ Qafqaz arı ailəsi saxlanılır. Ötən il 100-dən çox ana arı fermerlərə satılıb. Mərkəzin hədəfi isə gələcəkdə təmiz qanlı arı ailəsinin sayını 330-a çatdırmaqdır.
© Azərtac
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
5 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
5 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
6 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
6 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
7 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Ən çox oxunanlar
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®























