Azərbaycan şirkəti daha bir "Boeing 747-8F" yük təyyarəsi aldı
Aprelin 7-si, cümə günü Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın yük aviaşirkəti "Silk Way Airlines"-a məxsus yeni "Boeing 747-8F" təyyarəsinin gətirilməsi ilə əlaqədar rəsmi mərasim keçirilmişdir.
Tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov, "Silk Way Holding"in Prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur və digərləri iştirak etmişdir.
Yeni gətirilən təyyarə "Silk Way Airlines" üçün aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu "Boeing" tipli və beşinci "Boeing 747-8F" tipli təyyarədir.
Beləliklə, təyyarənin gətirilməsi "Silk Way Airlines" şirkətinin "Boeing" korporasiyası ilə genişmiqyaslı əməkdaşlıq proqramının birinci mərhələsinin uğurla başa çatması deməkdir.
Proqram çərçivəsində alınan hava gəmilərinin ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edir ki, bu da Azərbaycanın özəl müəssisələrinin fəaliyyəti və inkişafı tarixində ən böyük layihədir.
Həmçinin qeyd etmək lazımdır ki, 2005-ci ildən etibarən "Silk Way Airlines" aviaşirkəti həm Amerikanın özəl şirkətləri, həm də ABŞ-ın dövlət sektoru ilə işgüzar münasibətləri inkişaf etdirir və möhkəmləndirir.
"Silk Way Airlines" aviaşirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən sertifikatlaşdırılan və tanınan aviadaşıyıcılardan biridir.
US TRANSCOM (ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviaşirkətə İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşınma sifarişlərini yerinə yetirməyə imkan vermişdir.
Yeni təyyarənin tədarükü "Silk Way Airlines" aviaşirkətinə uçuşların coğrafiyasını genişləndirməyə, daşınan yüklərin həcmini artırmağa və aviadaşımalar bazarının yeni seqmentlərini əhatə etməyə imkan verəcək. Həmçinin bu, aviaşirkətə ümumi hava gəmiləri parkının istismar xərclərini azaltmağa və bunun da nəticəsində bütövlükdə gəlirliliyin artırılmasını təmin etməyə imkan verəcək.
Hava gəmiləri parkının genişləndirilməsi ilə "Silk Way Airlines" Azərbaycanın paytaxtından Nyu-York, Çikaqo, Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm yük reysləri ilə yanaşı, Tokio, Cibuti, Nayrobi və Dakkaya yeni reyslərin açılmasını planlaşdırır.
Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır.
Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni geniş füzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























