İstehlak kreditlərindəki artım “gizlənib”
İstehlak kreditləri yanvarda 188 milyon 468 min manat, son 12 ayda isə 1 milyard 667 milyon 666 min manat artıb.
Mərkəzi Bankın “Kredit qoyuluşlarının sahələr üzrə strukturu” statistikasına görə, 2020-ci ilin yanvar ayında Ev təsərrüfatlarına cəmi kredit qoyuluşları 26 milyon 278 min manat artaraq 7 milyard 4 milyon 997 min manata çatıb. Ev təsərrüfatlarına kredit qoyuluşlarının cəmi kredit qoyuluşlarında xüsusi çəkisi isə 45,6%-dən 45,2%-ə geriləyib. Azərbaycanda bankların daha çox istehlak kreditləri verdiyini nəzərə aldıqda ev təsərrüfatlarına verilən kreditlər az artmamalı idi.
Marja-nın məlumatına görə, statistikaya ətraflı baxdıqda istehlak kreditlərindəki artımın “gizləndiyi” məlum olur.
Mərkəzi Bankın statistikasında göstərilən cəmi Ev təsərrüfatlarına kredit qoyuluşlarına “istehlak kreditləri” və “daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər” daxildir. Daşınmaz əmlakın tikintisi və alınması üçün ev təsərrüfatlarına verilən kreditlər istehlak kreditləri hesab edilmir.
31 Yanvar 2020-ci il tarixində cəmi Ev təsərrüfatlarına kredit qoyuluşları 7 milyard 4 milyon 997 min manat təşkil edib. Bu rəqəm 2019-cu ilin sonunda 6 milyard 978 milyon 719 min manat idi. Qısası, yanvarda cəmi Ev təsərrüfatlarına kredit qoyuluşları 26 milyon 278 min manat artıb. Əgər daşınmaz əmlakın tikintisi və alınması üçün ev təsərrüfatlarına verilən kreditlər azalmasa idi artım daha böyük olardı.
Belə ki, Yanvar ayında Ev təsərrüfatlarına kredit qoyuluşlarına daxil olan daşınmaz əmlakın tikintisinə və alınmasına cəmi kredit qoyuluşları isə 162 milyon 190 min manat azalaraq 1 milyard 899 milyon 130 min manata düşüb. Ötən ilin sonunda bu kredit qoyuluşları 2 milyard 61 milyon 320 min manat təşkil etmişdi.
İstehlak kreditləri isə 188 milyon 468 min manat artaraq 5 milyard 105 milyon 867 min manata çatıb. 2019-cu ilin sonunda istehlak kreditləri 4 milyard 917 milyon 399 min manat təşkil etmişdi.
Lakin istehlak kreditlərindəki 188 milyon 468 min manatlıq artımın 162 milyon 190 min manatını daşınmaz əmlakın tikintisinə və alınmasına cəmi kredit qoyuluşlarındakı azalma silib və nəticədə cəmi Ev təsərrüfatlarına kredit qoyuluşları 26 milyon 278 min manat artıb.
Qeyd edək ki, ötən ilin Yanvar ayı ilə müqayisədə istehlak kreditləri 1 milyard 667 milyon 666 min manat artıb. 2019-cu ilin yanvar ayının sonunda istehlak kreditləri 3 milyard 438 milyon 201 min manat təşkil etmişdi.
İstehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir. İstehlak kreditinin məqsədi şəxsi istehlakdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 7 saat əvvəl
-
10 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
11 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
12 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























