"Bizim biznesdə qızğın dövrdür, birini 1-2 manata satırıq"
Tərtərdə yetişdirilən tinglərdən ölkənin bütün regionlarında bağların salınmasında istifadə edilir
Tərtər rayonu respublikamızda meyvə və dekorativ ağac tinglərinin yetişdirildiyi məkan kimi tanınır. Rayonun torpaq-iqlim şəraiti tingçiliyin və bağçılığın inkişafı üçün əlverişlidir. Tərtərli fermerlərin yetişdirdikləri tinglərdən respublikanın bütün regionlarında bağların salınmasında istifadə edilir.
Tinglərin qiyməti ağacın növündən, hündürlüyündən asılı olaraq 1-2 manatdır
Rayonun Ələsgərli kəndində hələ sovetlər dövründən əhali tingçiliklə məşğul olub. Ölkəmizin meyvə tinginə olan tələbatının 70 faizindən çoxunu ödəyən kənddə hər il bir milyondan artıq ting yetişdirilir. Aqronom Məhəmməd Şirinov bildirib ki, kənddə respublikamızda mövcud olan milli genefonda uyğun yerli meyvə və giləmeyvə ağac cinslərinin əksəriyyəti, eləcə də dekorativ ağac və kollar becərilir. Yetişdirilən tinglər həm ölkəmizin müxtəlif bölgələrinə göndərilir, həm də bağ salmaq istəyənlər özləri gəlib yerindəcə istədikləri ağac tinglərini alıb aparırlar. Hazırda ağac əkmək mövsümü olduğundan tingçilik təsərrüfatlarının qızğın dövrüdür. Təsərrüfat sahibləri həm becərdikləri tinglərin satışı, həm də sahələrdə erkən yaz işləri ilə məşğuldurlar. Tinglər müştərinin yanında torpaqdan çıxarılır, paketlənir, sortların adı üzərinə yazılaraq təhvil verilir. Tinglərin qiyməti isə ağacın növündən, hündürlüyündən asılı olaraq 1-2 manatdır. Ting satışı martın 20-dək davam edəcək.
Daha çox göz calağından istifadə edilir
Aqronom bildirib ki, ağacların calanması 10-dan çox üsulda həyata keçirilsə də, daha çox yayda vurulan göz calağından istifadə edilir. Çünki bu üsulla calaqların tutma faizi yüksəkdir. Calaq komponentləri yaxşı qovuşur, calaqvurma zamanı az qələm tələb olunur. Calaqaltı materiallar kimi cır ağaclara üstünlük verilir. Calaqüstü material kimi isə məhsuldar, sağlam, yerli şəraitə davamlı ağaclardan istifadə olunur.
Qarabağ zonasında göz calağı əsasən iyul ayının 20-dən avqustun 10-dək davam edir. Faraş vurulmuş ağacların polietilen sarğısı 25-30 gün sonra kəsilir. Sentyabrın 20-dən sonra vurulan calaqların sarğısı isə mart ayında kəsilir. Calanmış gözlər yazda - oyanmazdan çox əvvəl hər toxmacarın gözdən yuxarı hissəsi kəsib atılır. Calaq iki ilə başa gəlir. Birinci il cır calaqaltılar becərilir. İkinci il isə mədəni ağaclara qulluq olunaraq satışa çıxarılır. Bir hektardan 60-80-min ting yetişdirmək mümkündür.
Məhəmməd Şirinov ənənəvi üsullarla yanaşı yeni - kloun üsuluna da başladıqlarını deyib: "Bu üsulun fərqi odur ki, ağacın calaqaltı hissəsi laboratoriya şəraitində peyvənd ağacın hüceyrəsindən cücərdilir. Belə üsulla alınan ağacların boyu çox hündür qalxmır, məhsuldarlıq isə yüksək olur".
Tərtərli fermer tingçiliklə məşğulul olan təsərrüfat sahiblərinə dövlət tərəfindən subsidiya verlməsindən razılığını ifadə edib. Eyni zamanda, tingçiliyin daha da inkişafı üçün mini texnikalara, calaq aparatlarına ehtiyac olduğunu bildirib.
Xaricdən gətirilərək yetişdirilən yeni sort meyvə tinglərinə tələbat artıb
Qaraağacı kəndi ərazisindəki tingçilik təsərrüfatının rəhbəri Mütalib Qurbanov da müxtəlif növ ağac tingləri yetişdirir. M.Qurbanov bildirib ki, təsərrüfatı yaratmaqda məqsədi daha çox tələbat olan meyvə tinglərini xaricdən gətirib, yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırmaq və çoxaltmaqdır: "Dövlət tərəfindən verilən subsidiya ilə xaricdən yeni sort tinglər gətiririk. Bu tinglərin Azərbaycanın torpaq-iqlim şəraitinə uyğunlaşmasını yoxlamaq üçün sınaq bağı yaratmışam. Hər bir ting bar verdikdən sonra onun satışını həyata keçirirəm. Yəni, yeni sortların torpaq-iqlim şəraitinə uyğunlaşması, məhsuldarlığı nəzərə alınır. Hər hansı bir sort Azərbaycan torpaq-iqlim şəraitinə uyğun deyilsə, satışa çıxarmırıq. İl ərzində 50 min ədəd ting satıram. Heyvanın "Eşmə", gilasın "Regina", “Napoleon”, "Drakon", "Xrustal", şaftalının "Nektarin", almanın "Qala", "Fuje", "Qrand smit" və digər meyvə ağaclarınn sortlarını xaricdən gətirib yetişdiririk. Daxili bazarda gilasın, şaftalının və əriyin yeni sortlarına daha çox tələbat var".
Hazırda tingçilik təsərrüfatında yaz işləri aparılır. Calaqların polietilen sarğısı, həmçinin calanmış ağacların gözdən yuxarı hissəsi kəsilib atılır, tinglərin dibi yumşaldılır. Calaqaltı materialı yetişdirmək üçün meyvə tumları əkilir.
Qeyd edək ki, Tərtər rayonunda 1509,8 hektar meyvə bağları və giləmeyvəliklər var ki, onun da 1119 hektarı barverəndir. 2019-cu ildə 84 hektar sahədə yeni meyvə bağları və giləmeyvəliklər salınıb, 1 milyon 678 min 510 ədəd meyvə və 225 min 800 ədəd dekorativ bitki tingləri yetişdirilib. Rayon ərazisindəki bağlardan 10 min 530,1 ton meyvə və giləmeyvə, 1051,5 ton üzüm yığılıb.
© Azərtac
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
36 d. əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
53 d. əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
2 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Ən çox oxunanlar
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®























