İncoterms 2020 qaydaları və bu qaydaların fərqləri
Incoterms (International Commercial Terms) beynəlxalq ticarətin ən önəmli anlayışlarından biridir. Incoterms-in ilk versiyası 1936-cı ildə dərc olunmuş və təxminən 20 il qüvvədə qalmışdır. Ən son versiyası olan Incoterms 2020, 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvəyə minmişdir.
Incoterms - əmtəənin satıcıdan alıcıya çatdırılması zamanı tərəflər arasındakı münasibətləri tənmizləyir. Incoterms qaydaları müqavilə demək deyil. İncoterms 2010 da olduğu kimi İncoterms 2020 də 11 çatdırılma şərti vardır.
Kodlar | İncoterms 2020 | Çatdırılma şərtləri |
EXW | Ex Works | Anbarda təhvil |
FCA | Free Carrier | Satıcının ölkəsində təyin olunmuş yerdə təhvil |
FAS* | Free Alongside Ship | Razılaşdırılmış yüklənmə limanı təhvil |
FOB* | Free On Board | Gəmi göyərtəsində təhvil |
CFR* | Cost And Freight | Çatdırılma xərci ödənmiş limanda təhvil |
CIF | Cost, Insurance and Freight | Çatdırılma xərci və sığorta ödənmiş limanda təhvil |
CPT | Carriage Paid To | Təyin olunmuş yerdə daşınma xərcləri ödənmiş təhvil |
CIP | Carriage and Insurance Paid To | Təyin olunmuş yerdə daşınma xərcləri və sığorta ödənmiş təhvil |
DPU | Delivered At Place Unloaded | Təyin olunmuş yerdə yük boşaldılmış təhvil |
DAP | Delivered At Place | Alıcının ölkəsində təyin olunmuş yerdə təhvil |
DDP | Delivered Duty Paid | Bütün rüsumlar ödənilmiş ünvanda təhvil |
Növü | Incoterms | |
Multimodal | EXW, FCA, CPT, CIP, DPU, DAP, DDP | |
Yalnız dəniz nəqliyyatı* | FAS, FOB, CFR, CIF | |
|
|
2010-cu il və 2020-ci il Incoterms qaydaları arasında müəyyən fərqliliklər mövcuddur ki, əsas fərqlər xüsusiyyətlər üzrə qruplaşmalarda qeyd olunub:
E qrupu:
EXW (EX WORKS) – Anbarda təhvil
Satıcıya ən az risk gətirən çatdırılma növüdür ki, burada satıcının öhdəliyi minimum dərəcədədir. EXW çatdırılma şərtində satıcının əsas vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda ixrac ediləcək malın yükləməsinin ediləcəyi yerdə (fabrik, anbar, və s) malları qablaşdırılmış halda hazır saxlaması kifayətdir. Burada alıcı tam məsuliyyət daşıyır. Alıcı ixrac ölkəsindəki malları alması üçün nəqliyyat vasitəsini göndərir, malları yükləyir, gömrükdən keçirir, (aralıq daşıyıcı istifadə edərsə əsas daşıyıcıya yükləyir) öz ölkəsinə gətirir və öz ölkəsindəki gömrükdən də keçirərək malın boşaldılacağı yerə gətirir. Hər iki ölkədə gömrük, nəqliyyat, daşınma, yükləmə, boşaltma və onların xərcləri alıcıya aiddir.
Nəqliyyat: Satıcının nəqliyyat müqaviləsi bağlamaq öhdəliyi yoxdur. Razılaşmaya görə müəyyən edilə bilər.
Sığorta: Sığorta əməliyyatları tərəflərin qarşılıqlı razılığına verilir. Sığorta olunmaya bilər və ya razılaşmaya görə, alıcının və ya satıcı sığortanı edə bilər.
Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.
EXW | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Alıcıya aid | Alıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat | Alıcıya aid | Alıcıya aid |
Sığorta | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Alıcıya aid | Alıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Alıcıya aid | Alıcıya aid |
F qrupu:
FCA (FREE CARRIER) – satıcının ölkəsində təyin olunmuş yerdə təhvil
FCA çatdırılma şərtində satıcı malları öz yerindən daşıyıcıya yükləyərək gömrük rəsmiləşməsini etməklə və təyin olunmuş yerdə əsas daşıyıcıya təhvil veməklə satıcının məsuliyyəti bitmiş olur. Yükləmə satıcının yerindədirsə (anbarındadırsa) yükləmə ona aiddir, başqa yerdədirsə ( hava/dəniz limanı ) alıcıya aiddir. Satıcılar çox vaxt ödənişləri akkreditivlə (bank yolu ilə) almaqda maraqlı olurlar. Akkreditivin verilməsi üçün isə bank tərəfindən yükləmə sənədləri tələb olunur. Əsas da gəmi yükləməsində FCA şərtində yük gəmiyə yüklənmədən belə satıcının öhdəliyi bitmiş olur, buna görə də satıcının akkreditivi alması üçün banklar satıcılardan yükləmə bildirişini göstərən sənədi tələb etdiklərində problem yaşanırdı. Incoterms 2020 ilə FCA çatdırılma şərtində ilk dəfə bu problemin həlli yolu tapılmışdır. Tərəflər yük gəmiyə yükləndikdən sonra alıcının göstərişi ilə yükləmə tarixi göstərilmiş yükləmə sənədini daşıyıcı tərəfindən satıcıya təqdim edilməsini təmin edə bilər ki, bu vəziyyətdə satıcı yükləmə sənədini banka təqdim etməklə göndərilmiş malların, xidmətlərin dəyərini əldə edə bilər. Dəyişilikdən sonra FCA çatdırılma şərtində satıcıya gəmiyə yükləmədə (on board) yükləmə sənədi verilməsi əlavə olundu.
FCA qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri
Nəqliyyat: Əsas daşıyıcının xərcləri və cavabdehlik alıcıya aiddir.
Sığorta: Sığorta öhdəliyi yoxdur, tərəflərin qarşılıqlı razılığına verilib.
Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.
FCA | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat | Alıcıya aid | Alıcıya aid |
Sığorta | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Alıcıya aid | Alıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Alıcıya aid | Alıcıya aid |
FAS (FREE ALONGSIDE SHIP) – Razılaşdırılmış yüklənmə limanı
FAS çatdırılma şərti FCA dan fərqli olaraq yalnız dəniz nəqliyyatında istifadə olunur. Satıcı, anbarından daşıyıcıya yüklədiyi malları limana gətirir, gömrük rəsmiləşməsini edir, gəmiyə yükləmə etmədən limanda alıcıya təhvil verərək öhdəliyini bitmiş hesab edir. Əgər gəmi limandan aralıdırsa və aralıq daşıyıcıya ehtiyac varsa satıcı bu öhdəliyi öz üzərinə götürmüş olur. Bundan sonrakı öhdəlik alıcıya keçir. Alıcı yükləmə, boşaltma, nəqliyyat və sığorta xərclərini öz öhdəliyinə götürmüş olur.
FAS qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri
Nəqliyyat: Əsas daşıyıcının xərcləri və cavabdehlik alıcıya aiddir.
Sığorta: Sığorta öhdəliyi yoxdur , tərəflərin qarşılıqlı razılığına verilib.
Daşıma növü: Dəniz nəqliyyatında istifadə edilə bilər.
FAS | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat | Alıcıya aid | Alıcıya aid |
Sığorta | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Alıcıya aid | Alıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Alıcıya aid | Alıcıya aid |
FOB (FREE ON BOARD) – Gəmi göyərtəsində təhvil
FOB çatdırılma şərtində satıcı FAS şərtində proseduru olduğu kimi icra edər, fərqli olaraq limana boşaldılmış malı gəmiyə yükləyər və öhdəliyi alıcıya verər.
FOB qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri
Nəqliyyat: Əsas daşıyıcının xərcləri və cavabdehlik alıcıya aiddir.
Sığorta: Sığorta öhdəliyi yoxdur , tərəflərin qarşılıqlı razılığına verilib.
Daşıma növü: Dəniz nəqliyyatında istifadə edilə bilər.
FOB | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat | Alıcıya aid | Alıcıya aid |
Sığorta | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Alıcıya aid | Alıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Alıcıya aid | Alıcıya aid |
C qrupu
CFR (COST AND FREIGHT) – Çatdırılma xərci ödənmiş limanda təhvil
CFR çatdırılma şərti yalnız dəniz nəqliyyatında istifadə olunur. Satıcı malları daşıyıcıya yükləyir gömrük rəsmiləşməsini edərək malları limana gətirir və gəmiyə yükləyir , təyin olunmuş limanda boşaldana qədər bütün xərcləri ödəyir . Burada daşıma satıcıya aid olsa da daşıma zamanı yarana biləcək istənilən risk (itmə, zərər və s.) alıcıya aiddir. Yəni satıcı sadəcə yol xərcini ödəyir, alıcı isə öz ölkəsindəki yol xərcini və idxal gömrük rəsmiləşməsini öz öhdəsinə götürür. İncoterms 2020 CFR çatdırılma şərtində hər hansı dəyişiklik olmamışdır.
CFR qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri
Daşıma: Əsas daşıyıcının xərcləri satıcıya aiddir.
Sigorta: Sığorta öhdəliyi yoxdur , tərəflərin qarşılıqlı razılığına verilib.
Daşıma növü: Dəniz nəqliyyatında istifadə edilə bilər.
CFR | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat | Satıcıya aid | Alıcıya aid |
Sığorta | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Alıcıya aid | Alıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Alıcıya aid | Alıcıya aid |
CIF (COST, INSURANCE, FREIGHT) – Çatdırılma xərci və sığorta ödənmiş limanda təhvil
CIF çatdırılma şərtində satıcı, alıcı ölkənin təyinat limanına çatdırlması üçün alıcı adından dəniz sığortasını edir. Daşınma xərcləri satıcıya aid olsada , risklər alıcıya aiddir. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır. İncoterms 2020 CİF şərtində sığortanın minimum sığorta səviyyəsində (misal üçün yalnız təbii fəlakətlərdən sığorta) aparılması qərara alındı.
CİF qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri + sığorta
Daşıma: Əsas daşıyıcının xərcləri satıcıya aiddir.
Sigorta: Satıcı alıcı adından sığorta xərclərini qarşılayır.
Daşıma növü: Dəniz nəqliyyatında istifadə edilə bilər.
CİF | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat | Satıcıya aid | Alıcıya aid |
Sığorta | Satıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Alıcıya aid | Alıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma((daxili nəqliyyat) | Alıcıya aid | Alıcıya aid |
CPT (CARRIAGE PAID TO) – Təyin olunmuş yerdə daşınma xərcləri ödənilmiş təhvil
CPT çatdırılma şərtində satıcı malın alıcının ölkəsində yerləşən təyinat yerinə aparılmasına və alıcının anbarına malı aparan daşıyıcıya təhvil verilməsinə cavabdehlik daşıyır. CFR çatdırılma şərti ilə eynidir, fərqli olaraq CPT bütün nəqliyyat vasiələrində istifadə oluna bilər . İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
CPT qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri
Nəqliyyat: Əsas daşıyıcının xərcləri satıcıya aiddir.
Sığorta: Sığorta öhdəliyi yoxdur , tərəflərin qarşılıqlı razılığına verilib.
Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.
CPT | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat | Satıcıya aid | Alıcıya aid |
Sığorta | Alıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Alıcıya aid | Alıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Alıcıya aid | Alıcıya aid |
CIP (Carriage and Insurance Paid to) – Təyin olunmuş yerdə daşınma xərcləri və sığorta ödənmiş təhvil
CİP çatdırılma şərtində satıcı bütün risklər daxil sığortanı etməyi öz öhdəsinə götürmüş olur. CIP şərti dəyəri çox yüksək, əsasən istehsal olunan malların daşınması zamanı istifadə olunur. CİP şərti CİF şərtindən fərqli olaraq bütün nəqliyyat vasitələrində istifadə olunur. İncoterms 2020 CİP çatdırılma şərtində sığortanın bütün risklər daxil sığortalanması qərara alındı ki, bu da minimum sığorta ilə CİF şərtindən fərqləndirir.
CİP qiymət hesablanması: = malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri + sığorta
Nəqliyyat: Əsas daşıyıcının xərcləri alıcıya aiddir.
Sığorta: Sığorta satıcıya aiddir,
Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.
CİP | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat | Satıcıya aid | Alıcıya aid |
Sığorta | Satıcıya aid | Alıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Alıcıya aid | Alıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Alıcıya aid | Alıcıya aid |
D qrupu
DAP (DELIVERED AT PLACE) - Alıcının ölkəsində təyin olunmuş yerdə təhvil
DAP çatdırılma şərti bütün nəqliyyat vasitələrində istifadə oluna bilər. Bu çatdırılma şərtində satıcı malları yükləyib öz ölkəsində gömrük rəsmiləşməsini etdikdən sonra aralıq daşıyıcı istifadə edibsə əsas daşıyıcıya yükləyər, təyin olunmuş yerə ( liman, hava limanı, terminal, alıcının anbarı) çatdırar və bundan sonra yüklərin boşaldılması alıcıya həvalə olunar. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
DAP qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri + alıcının ölkəsindəki nəqliyyat xərcləri
Nəqliyyat: Xərclər satıcıya aiddir.
Sığorta: Sığorta öhdəliyi yoxdur , tərəflərin qarşılıqlı razılığına verilib.
Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.
DAP | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat | Satıcıya aid | Satıcıya aid |
Sığorta | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Satıcıya aid | Satıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
DPU (DELIVERED AT PLACE UNLOADED) – Təyin olunmuş yerdə yük boşaldılmış təhvil
2010-cu il DAT (“Delivered at Terminal”) və DAP (“Delivered at Place”) şərtlərini qarışdırmamaq üçün 2020-ci il qaydalarında DAT əvəzinə DPU (“Delivered at Place Unloaded”) şərti yer almışdır. DPU çatdırılma şərtində satıcı malları yükləyib öz ölkəsində gömrük rəsmiləşməsini etdikdən sonra aralıq daşıyıcı istifadə edibsə əsas daşıyıcıya yükləyər (DAT şərtindən fərqli olaraq terminala deyil) təyin olunmuş yerə ( liman, hava limanı, terminal, alıcının anbarı) çatdırar və yüklərin boşaldılmasını həyata keçirər. DPU çatdırılma şərti bütün nəqliyyat vasitələrində istifadə oluna bilər. Alıcı öz ölkəsindəki gömrük, vergi və digər xərcləri özü qarşılayır.
Müqavilədə yaxud fakturada çatdırılma şərti (delivery term) ``DPU Nice Train Station`` şərtində qeyd edilibsə Bakıda yerləşən ixracatçı şirkət yəni satıcı , Bakıda tıra yüklədiyi yükün ``Nice`` da idxalatçı yəni alıcı firmanın qeyd etdiyi ünvanda ("Nice Train Station") yük çatana qədər çatdırılmaya dair risklərə cavabdehdir.
DPU qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri + alıcının ölkəsindəki nəqliyyat və yük boşaltma xərcləri
Nəqliyyat: Xərclər satıcıya aiddir.
Sığorta: Sığorta öhdəliyi yoxdur , tərəflərin qarşılıqlı razılığına verilib.
Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.
DPU | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat | Satıcıya aid | Satıcıya aid |
Sığorta | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Satıcıya aid | Satıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Alıcıya aid | Alıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
DDP (DELIVERED DUTY PAID) – Bütün rüsumlar ödənilmiş ünvanda təhvil
EXW şərtində idxalatçının (alıcının) daşıdığı məsuliyyət DDP şərtində ixracatçıya (satıcıya) keçir. Hər iki gömrükdəki ( ixrac və idxal) vergilər, yükləmə və nəqliyyat xərcləri , risklər satıcıya aiddir, alıcı sadəcə ünvanda yüklərin boşaldılmasını həyata keçirir.
DDP qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri + alıcının ölkəsindəki nəqliyyat xərcləri + idxal gömrük xərcləri,yerli vergilər
Nəqliyyat: Xərclər satıcıya aiddir.
Sığorta: Sığorta satıcıya aiddir.
Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.
DDP | Xərclər | Risklər |
Qablaşdırma | Satıcıya aid | Satıcıya aid |
İlk daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
İxrac gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling) | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat | Satıcıya aid | Satıcıya aid |
Sığorta | Satıcıya aid | Satıcıya aid |
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling) | Satıcıya aid | Satıcıya aid |
İdxal gömrük rəsmiləşməsi | Satıcıya aid | Satıcıya aid |
Son daxili daşıma (daxili nəqliyyat) | Satıcıya aid | Satıcıya aid |
Incoterms 2020
Multimodal | dəniz , hava, quru , dəmir yolu |
Müəllif: Nicat Kərimli
Təchizat üzrə mütəxəssis
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ: Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 8 d. əvvəl
-
-
12 d. əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
32 d. əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
34 d. əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Ən çox oxunanlar
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır ®
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
Oktyabrın 17-də gözlənilən hava şəraiti - 31- dərəcəyədək isti
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ: Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub























