“Azərmaş” maliyyə vəziyyətini açıqladı
Azərbaycanda “Xəzər” markalı avtomobillərin istehsalı layihəsində payçı olan “Azərmaş” ASC 2019-cu ili 1026 manat xalis mənfəət ilə başa vurub.
Marja ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə “Azərmaş” ASC-nin əsas əməliyyat gəliri 192 min manat təşkil edib. ASC 2018-ci ildə 32 min 800 manat əsas əməliyyat gəliri əldə etmişdi.
Ötən il ASC-nin 192 min manat cəmi əməliyyat gəlirinə qarşı cəmi xərcləri 190 min 974 manat təşkil edib.
31 Dekabr 2020-ci il tarixində “Azərmaş” ASC 8 min 392 manat cəmi aktivlərə, 378 manat cəmi öhdəliklərə və 8 min 14 manat cəmi kapitala malik olub.
“Azərmaş” ASC 15 noyabr 2017-ci il tarixində Azərbaycanda avtomobil sənayesinin qurulması və inkişaf etdirilməsi məqsədilə yaradılıb. İlk olaraq Neftçala Sənaye Məhəlləsində "Xəzər" avtomobillərinin istehsalı zavodu qurulub. Hazırda Hacıqabul Sənaye Məhəlləsində Rusiya istehsalı olan GAZ avtomobillərinin yığılması zavodu inşa edilir.
“Azərmaş” ASC-nin səhmdarları "AF Group" MMC və "AAZ Classik" MMC-dir.
Müştərilərin xəbərləri
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb
-
-
22 d. əvvəl
Azərbaycanda neftin qiymətinin 65 dollardan aşağı düşməsi ehtimalı az qiymətləndirilir
-
1 saat əvvəl
Almaniyanın Çin ilə ticarət kəsiri rekord həddə çatır – 100 milyard avronu ötəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
- 2 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
15 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! ®
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Ən çox oxunanlar
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
“Anglo Asian Mining”in mis hasilatı 4,1 dəfə artıb
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib



























