Azərbaycanda 12 bankın faiz xərcləri artıb - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-nin bu ilin yanvar-iyun aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "Xalq Bank", "Yelo Bank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Bank BTB", "Rabitəbank", "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank of Baku" və "Turan Bank"dır.
Ən yüksək dinamika İran bankında (2,3 dəfə), ən aşağı dinamika isə "Turan Bank"da (0,8%) qeydə alınıb.
1 bankın - Pakistan Milli Bankının Bakı filialının son 1 ildə faiz xərcləri olmayıb, odur ki, onun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 13 bankın isə faiz xərcləri azalıb. Ən çox azalma "Yapı Kredi Bank Azərbaycan"da (35%), ən az azalma isə "Premium Bank"da (2,6%) qeydə alınıb.
4 bankın faiz xərcləri 20 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-iyun aylarındakı faiz xərcləri 20 milyon manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (51,549 milyon manat), "Kapital Bank" (23,987 milyon manat), "Access Bank"dır (21,641 milyon manat) və "PAŞA Bank"dır (21,358 milyon manat).
Qalan 22 bankdan 3-də faiz xərcləri 10-14 milyon manat arasında, 15 bankda 1-10 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan azdır.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
22 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 18 d. əvvəl
-
19 d. əvvəl
AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir ®
-
27 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
29 d. əvvəl
ABŞ seçkilərindən sonra səhmlər bahalaşacaq? – 44 ilin statistikası açıqlandı
- 43 d. əvvəl
-
50 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir ®
ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı
Ən çox oxunanlar
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır





















