Kafe-restoran sahiblərinə Azərbaycan Beynəlxalq Bankından dəstək
(®️) Azərbaycan Beynəlxalq Bankı xüsusi fəaliyyət sahələri ilə məşğul olan sahibkarlar üçün mütəmadi kampaniyaları davam etdirir. Bank bu dəfə də iaşə sektorunda fəaliyyət göstərən sahibkarlar üçün güzəşt kampaniyasına start verib.
Kampaniya çərçivəsində kafe-restoran sahiblərinə Azərbaycan Beynəlxalq Bankı geniş çeşidli kredit paketi təqdim edir. Sahibkarlar bankın “Tərəfdaşlara anında dəstək”, “İnvoysların maliyyələşdirilməsi”, “Əmək haqqı layihəsinə dəstək”, “Dövriyyə krediti”, “İnvestisiya krediti”, “Biznes refinans” kredit məhsulunun, E-POS və E-COM kredit xəttinin üstünlüklərindən faydalana bilərlər.
Hər bir məhsul üzrə 1 milyon manatadək krediti aşağı faizlərlə, heç bir xidmət haqqı ödəmədən əldə etmək olar. Müvafiq sahələrdə fəaliyyət göstərən hər bir iş adamı bu fürsətdən yararlanaraq biznesini inkişaf etdirə bilər. Kredit üçün Bankın bütün filiallarına müraciət etmək mümkündür.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlara məsafədən bank hesabı açmaq imkanı da yaradıb. ASAN İmzaya sahib olan hər bir hüquqi şəxs və ya fərdi sahibkar buradan bank hesabı açaraq maliyyə əməliyyatlarını apara bilər.
Bundan başqa, iş adamları Bankın təqdim etdiyi IBA Link xidmətindən faydalanaraq virtual POS-terminal əldə edib elektron kommersiya sistemlərini qurmaqla onlayn satışlar həyata keçirə bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
6 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
8 d. əvvəl
ABŞ seçkilərindən sonra səhmlər bahalaşacaq? – 44 ilin statistikası açıqlandı
- 22 d. əvvəl
-
29 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 41 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək





















