Abibov qardaşları superintensiv üsulla meyvə bağları salıblar
Bir həftədir alma bağlarında yığıma başlamışıq. Məhsulumuz boldur. Hazırda “Golden” sortunu toplayırıq. Ardınca “Startgimson” və “Simerenko” sortlarını yığacağıq. Satışla bağlı problemimiz yoxdur. Müştərimiz var. Hər il bizim meyvənin 80 faizi Rusiya bazarlarına göndərilir. Qalanı isə yerli bazarlarda satılır. Pandemiya dövrü olsa da, məhsulumuzu xarici bazara çıxarmaqda problem yoxdur. Almadan əvvəl gilas və gavalı bağlarının məhsulunu Rusiyaya göndərmişik.
Bu sözləri müsahibəsində qubalı fermer Musa Abibov söyləyib.
Musa və Merdas Abibov qardaşlarının Qubanın Dəlləkli kəndində 4 hektar sahədə nümunəvi təsərrüfatları var. Fermerlər dədə-baba, həm də superintensiv üsulla meyvə bağları salıblar.
Sentyabrın ikinci ongünlüyündən başlayaraq alma bağlarında meyvə yığımına başlanılıb. Yığılan məhsul əvvəlcə anbarlara toplanılır. Daha sonra bazara çıxarılacaq. Yerdə qalan keyfiyyəti nisbətən zəif almalar isə şirə istehsalı üçün emal müəssisələrinə təhvil verilir.
Abibov qardaşları bağlarında alma, gilas, nektarin, armud və başqa meyvələr, həmçinin 20 növ tərəvəz və bostan bitkiləri becərirlər. Maraqlısı odur ki, təsərrüfatçılar tərəvəz və bostan bitkilərini superintensiv meyvə bağlarında əkiblər. Yeni əkilən ağaclar böyüyənədək aralarındakı boş sahədə xiyar, pomidor, kələm, kök və başqa məhsullar becərilir.
Merdas Abibov bildirib ki, təsərrüfatlarında əkdikləri çiyələk yetişmək üzrədir. “Əkdiyimiz çiyələk elə sortdur ki, may ayından başlayaraq şaxtalar düşənədək məhsul yığmaq olur. Hazırda Quba bazarında bizim sahəmizdən yığılan çiyələk satılır. Bu cür əkinin əsas üstünlüyü odur ki, ağaclara qulluq üçün qurulan sistemlə tərəvəz də suvarılır”, - deyə təsərrüfatçı bildirib.
Rayonda, ümumilikdə, 13 min 800 hektar alma bağı var ki, bunun da 13 min 200 hektarı barverəndir. Ötən il alma bağlarından 117 min 800 ton məhsul toplanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 7 d. əvvəl
-
22 d. əvvəl
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
-
25 d. əvvəl
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
-
28 d. əvvəl
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
-
30 d. əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
-
1 saat əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
Ən çox oxunanlar
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
























